2 IYUL AZƏRBAYCAN POLISININ PEŞƏ BAYRAMI GÜNÜDÜR
  • 19-07-2019

1991-ci il, 18 oktyabr tarixində Azərbaycanın 2-ci dəfə öz müstəqilliyini elan etməsi ilə Azərbaycan polisi yenidən sərbəst iradə ilə öz fəaliyyətini bərpa etməyi bacardı. Respublikanın ən çətin vaxtlarında şəhid düşmüş, yaralanmış, müxtəlif orden və medallara layiq görülmüş polislərimizi layiqincə qiymətləndirən ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günu kimi qeyd olunur.

Daxili sabitliyin bərpa edilməsində, əhalinin ictimai asayişinin təmin edilməsində, cinayətkarlıq və qəsbkarlıqla mübarizədə hər zaman özünü doğruldan və xalqın rəğbətini qazanan Azərbaycan polisi bugün hər birimizin güvən nöqtəsidir.

Prospect ERP şirkəti adından bu əlamətdar gün münasibəti ilə fəaliyyət sahəsindən asılı olmayaraq bütün polis əməkdaşlarını təbrik edir, onlara çiyinlərində daşıdığı bu müqəddəs və məsuliyyətli peşənin icrasında uğurlar arzulayırıq.

Qeyd edək ki, Prospect ERP şirkəti Azərbaycan polisinin xidmət keyfiyyətini artırmaq məqsədilə ötən ay Baş Dövlət Yol Polisi İdarəsində də sual və təkliflərin, şikayətləriin qəbulunun həyata keçirən yeni 902 "Qaynar xətt" sistemi üzrə proqram təminatını tətbiq edib. Vətəndaşların hər bir müraciəti üzrə dərhal və qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi ilə yanaşı, digər bütün əməliyyatlar üzrə zənglərin qəbulu Prospect ERP şirkətinin tətbiq etdiyi İntellektual Telefoniya Sistemivasitəsilə tamamilə avtomatlaşdırılıb.

Prospect ERP ölkəmizdə sahibkarlıqla yanaşı həm də dövlət sektorunun inkişafına da öz tövhəsini verərək xalqımıza hər istiqamətdə göstərilən xidmətlərin operativ, şəffaf, nəzakətli, məsuliyyətli və rahat təqdim edilməsi üçün innovativ həllər tətbiq etməklə bu sahədə digər rəqiblərindən bir neçə pillə öndə qərarlaşır.