ProAsk
İmtahan və Attestasiya sistemi
PDF təqdimatı yükləyin
Modullar
BİZNESİNİZİN QAZANACAĞI FAYDALAR
- • Mərkəzləşdirilmiş sual bankının formalaşdırılması;
- • Qısa zaman ərzində imtahanların təşkili;
- • İmtahanlara məsafədən onlayn nəzarət imkanı;
- • İmtahan nəticələrinin sürətli və şəfaf dəyərləndirilməsi;
- • Nəticələrin iştirakçılara email vasitəsilə avtomatik çatdırılması;
- • İmtahanlar üzrə ətraflı statistik hesabatların generasiyası;
- • İştirakçılardan məmnunluq sorğularının toplanması.
SUALLAR BANKI
ProAsk sistemi üzərində keçirilən imtahanda istifadə olunan suallar Suallar Bankında formalaşır və sual kitabçaları üzrə bölüşdürülür. Suallar aşağıdakı növlərə bölünür:
- • Açıq suallar;
- • Qapalı suallar;
- • İki cavablı suallar;
- • Çox cavablı suallar;
- • Şəkilli suallar.
- • Asan suallar;
- • Orta suallar;
- • Çətin suallar.
- • Sualların istiqamətlər üzrə bölüşdürülməsi (fənn, mövzu, ixtisas);
- • Hazır sualların sistemə ixrac edilməsi;
- • Sualın mənbəyinin göstərilməsi;
- • Sualların Aktiv və Deaktiv edilməsi.
İMTAHANLARIN HAZIRLANMASI
İmtahan prosesində istifadə olunacaq suallar ilk növbədə sual kitabçasında tərtib olunur və çətinlik dərəcələrinə görə bölüşdürülür. Yaradılmış sual kitabçaları İmtahan prosesinin hazırlanmasında istifadə edilir. İmtahan keçiriləcək istiqamətlər təyin edilir və iştirakçılar, nəzarətçilər imtahana əlavə edilir. İstiqamətlərə uyğun sualların tipləri və sayları təyini edilərək imtahan prosesi hazırlanır. Bura daxildir:
- • İmtahanın davametmə müddətinin təyini;
- • Sual tiplərinin sayının müəyyənləşdirilməsi (asan, çətin, orta);
- • Suallar üzrə qiymətləndirmə meyyarları (bal);
- • İmtahan üzrə keçid ballarının təyini;
- • Məsul şəxslərin təyini;
- • Nəzarətçilərin təyini;
- • İştirakçıların təyini.
İMTAHAN PROSESİ
İmtahan İştirakçılarının biliklərinin qiymətləndirilməsi İmtahan modulu vasitəsilə həyata keçirilir. İştirakçılar, onlara təyin edilən imtahanlara şəxsi kabinet vasitəsilə daxil olaraq qoşulurlar. İmtahan prosesi zamanı namizədlərin işini asanlaşdırmaq üçün onlara sistem tərəfindən bir sıra faydalı alətlər (kalkyutor, nəzarətçiyə müraciət və s.) təklif olunur. İmtahan moduluna aşağıdakılar daxildir:
- • Şəxsi kabinetdən imtahana qoşulmaq imkanı;
- • İmtahan təlimatı ilə tanışlıq;
- • Faydalı alətlərdən istifadə;
- • İmtahanın yekunlaşması ilə bağlı bildirişlərin verilməsi;
- • Cavablandırlmamış sualların filtrlənməsi;
- • Şübhəli sualların qeyd olunması.
NƏZARƏTÇİ PANELİ
İmtahanların gedişatına nəzarət etmək üçün sistemdə Nəzarətçilər təyin olunur. Nəzarətçi şəxsi kabinetindən sistemə daxil olaraq bir neçə imtahan prosesini eyni anda onlayn nəzarət edir. Nəzarətçi panelində sistem tərəfindən təklif olunan bir sıra alətlər vasitəsilə iştirakçılardan müraciətlərin qəbul olunması, davranış qaydalarını pozan iştirakçılara xəbərdarlıqların edilməsini və onların imtahandan xaric edilməsi imkanını verir. Nəzarətçi parametrlərinə daxildir:
- • Şəxsi kabinetdən bir neçə imtahana nəzarət imkanı;
- • İmtahan iştirakçılarının davamiyyətinin izlənilməsi;
- • Onlayn şəkildə imtahan nəticələrinin izlənilməsi;
- • İmtahan iştirakçısına xəbərdarlıqların edilməsi;
- • İştirakçının imtahandan uzaqlaşdırılması.
SORĞULAR
- Müəssisə və təşkilatlarda əməkdaşlar arasında sorğuların keçirilməsi üçün Sorğular modulundan istifadə olunur. Sorğular aşağıdakı təyinatlar üzrə keçirilir:
- • Müxtəlif sorğuların keçirilməsi;
- • Rəylərin öyrənilməsi;
- • İşçilərin iş şəraiti ilə bağlı problemlərinin müəyyənləşdirilməsi və s.
- • Sorğu şablonlarının yaradılması;
- • Şablon üzrə istiqamət və tiplərinin təyin olunması;
- • Sorğunun vaxtının və iştirakçıların təyin edilməsi;
- • Bitmiş soğrularının nəticələrinin izlənilməsi;
- • Sorğular üzrə statistikaların əldə edilməsi.
İNZİBATÇI PANELİ
Sistemin ilkin köklənməsi və müxtəlif ayarların tənzimlənməsi İnzibatçı modulu vasitəsilə aparılır. Sistem inzibatçısı imtahanlar üzrə test kitabçalarını, imtahan iştirakçılarını, imtahandakı davranış qaydalarını yaradır və tənzimləyir. İnzibatçı modulu parametrlərinə aşağıdakılar daxildir:
- • Test kitabçalarının daxil edilməsi;
- • Sual soraqçalarının hazırlanması;
- • İmtahan mərkəzlərinin təyin edilməsi;
- • Davranış qaydalarının təyin edilməsi;
- • İş yerləri və vəzifələrin təyin edilməsi;
- • Şablon tiplərinin sistemə əlavə edilməsi.
HESABATLAR
İştirakçıların bilikləri dəyərləndirmək üçün keçirilən bütün imtahanlar və sorğular üzrə müxtəlif hesabatlar sistem tərəfindən generasiya olunur. Həmçinin istənilən dövr ərzində həm imtahan həm də sorğular üzrə Statistik hesabatları da əldə etmək mümkündür. Eyni zamanda qeyd olunan hesabatları vizual və cədvəl formatında ixrac edib çap etmək imkanı da mövcuddur. ProAsk həlli vasitəsilə əldə olunan hesabat növlərinin bir neçəsi aşağıda göstərilmişdir:
- • İmtahan hesabatları;
- • Sorğu hesabatları;
- • Statistik hesabatlar;
- • İmtahan nəticələri üzrə ümumi hesabat;
- • İmtahan iştirakçılarına dair ümumi göstəricilər hesabatı;
- • Ən yüksək imtahan nəticəsi hesabatı;
- • İmtahan mərkəzlərinin hesabatları;
- • İmtahanda iştirak etmiş iştirakçı qrupları hesabatı.