Sifarişlərin İdarəedilməsi Sistemi

Modullar

BİZNESİNİZİN QAZANACAĞI FAYDALAR

  • • İstənilən dövr kəsiyində Satış Dinamikasını Təchizatçılar üzrə, Anbarlar üzrə, Satış menecerləri üzrə və s. kriteriyalara görə izləyib gəlir mənbəələriniz haqqında daha effektiv qərarlar qəbul edirsiniz;
  • • Bütün sifarişlərinizlə bağlı Yubanmaları rahatlıqla müəyyənləşdirə və dərhal operativ tədbirlər görürsünüz;
  • • Geniş anbar hesabatı ilə məhsullarınızla bağlı İtkiləri asanlıqla aşkar edirsiniz;
  • • Sifariş mərhələləri vasitəsilə sifarişlərinizin statuslarını müəyyənləşdirərək anında icrasına nəzarət edirsiniz;
  • • Mesajlar bölümü ilə əlavə vasitələrə ehtiyyac duymadan effektiv kommunikasiya qurursunuz;
  • • Sifariş prosesinin mərhələləri üzrə qaimələrin generasiya olunması ilə istənilən mərhələdə olan sifarişin statusunu izləyə bilirsiniz.

SİFARİŞ

Əlaqələriniz sırasında seçdiyiniz partnyorlara sistem vasitəsilə dəvət məktubu göndərərək, Məhsul Kataloqunuza birbaşa qoşulmaq imkanı yaradıb, bütün sifarişlərinizi sürətli bir şəkildə idarə edə bilərsiniz.

  • Həm Daxil olan həm də Xaric olan sifarişlərinizin hansı mərhələdə olması haqqında aşağıdakı statuslar üzrə rahat izləyə və dəyişə bilərsiniz:
  • • Yeni sifarişlər;
  • • İcraya ötürülmüş sifarişlər (Anbara);
  • • Çatdırılmaya ötürülmüş sifarişlər (Kuryerə);
  • • Təhvil verilmiş sifarişlər;
  • • İmtina olunmuş sifarişlər və s.
Sifarişlərin “Ətraflı” məlumat hissəsində sifarişlərin müxtəlif mərhələlərinə uyğun olaraq aşağıdakı sənədlər sistem tərəfindən avtomatik formalaşdırılır:
  • • Daxil olan sifariş sənədi (qaiməsi);
  • • Göndərilən sifariş sənədi (qaiməsi);
  • • Təhvil verilən sifariş sənədi (qaiməsi).
“Mesajlar” bölümü vasitəsilə qarşı tərəflərlə yazışmaqla rahat məlumat mübadiləsi apara bilərsiniz. Sifarişlərlə əlaqəli bütün əməliyyatlar başdan sona qədər “Tarixçə” menyusunda xronoloji ardıcıllıqla öz əksini tapır. Bu menyu ilə siz sifarişlərinizin istənilən mərhələsində icra olunmuş bütün işlər ilə bağlı arxivi rahat bir şəkildə formalaşdırırsınız. Sifarişlərin daxil olması, icrası, təhvil-təslimi və s. ilə bağlı bildirişlər qarşı tərəflərə ötürülür və bununla da onlar sifarişin statusu ilə əlaqəli anındaca məlumat əldə edirlər.

ANBAR

Siz rahat bir şəkildə müəssənizə aid olan istənilən sayda, fərqli növlərdə (soyuducu anbar, yerüstü anbar və s.) və müxtəlif məsul şəxslərin təyin edildiyi anbarlar yaratmaq imkanı əldə edirsiniz. Müəsisənizdə olan məhsullar haqqında daha rahat məlumat əldə etmək üçün onları kataloq və alt kataloq vasitəsilə çeşidləndirə bilirsiniz. Məhsullar bölməsində hər bir məhsulun adı, ayrı-ayrılıqda toplandığı kataloqları, istehsalçısı, ölçü vahidi və qiymətləri üzrə məlumatları əldə edirsiniz. Anbar hesabatı bölümündə isə anbarlar üzrə məhsulların orta dəyəri və toplam dəyərinin də yer aldığı geniş hesabatlılıq əks olunmuşdur.