ProSales
Anbar, Satış, Ticarət Maliyyəsinin İdarəedilməsi sistemi
Modullar
BİZNESİNİZİN QAZANACAĞI FAYDALAR
- • Geniş anbar hesabatı ilə məhsullarınızla bağlı İtkiləri asanlıqla aşkar edirsiniz;
- • Debitor və Kreditor borclara görə Son Ödəniş Tarixlərini və Gecikmələri rahatlıqla müşahidə edə bilirsiniz;
- • ƏDV hesabatı vasitəsilə unudulmuş ƏDV itkilərinizi aradan qaldırırsınız;
- • Satış menecerlərinə görə hesabat vasitəsilə satış menecerlərinizin effektivliyi ölçə bilirsiniz;
- • Şirkət xərclərini fərqli istiqamətlərə yönləndirərək daha dəqiq mənfəət hesabatı əldə etmiş olursunuz;
- • Müqavillərinizlə bağlı xərcləri və ödənişləri izləyə bilmək imkanı əldə etmiş olursunuz.
ANBAR
Bu modul vasitəsi ilə anbarlarınızı əlavə edib məhsul çeşidlərini yarada bilərsiniz. Məhsulların anbarda hərəkəti hesabatı vasitəsilə siz istənilən dövr ərzində məhsullarınızın müxtəlif partiya ilə fərqli şirkətlərdən alış sənədləri üzrə asanlıqla izləyə bilərsiniz. Eyni zamanda məhsul üzrə anbar qalıqlarını, qiymətlərini və istənilən dövr ərzində onların anbarlar üzrə hərəkətlərinə tam nəzarət edə bilərsiniz.
- Anbar və məhsulların aşağıdakı müxtəlif kateqoriyalar üzrə bölgüsü çeşidli hesabatların əldə edilməsində yardımçı olur:
- • Anbar növləri görə (quru, soyuducu və s.);
- • Məhsul növləri görə (fiziki və xidmət);
- • Məhsulların seriya nömrəsinə görə (seriya nömrəli və nömrəsiz);
- • İstehsalçıya görə;
- • Anbar üzrə məsul şəxsə görə.
TİCARƏT
- Ticarət modulu vasitəsilə alış və satış əməliyyatları ilə yanaşı aşağıdakı əməliyyatlarıda etmək mümkündür:
- • Alış və Satış əməliyyatları;
- • Anbardan məhsulların Silinməsi;
- • Anbarlararası məhsulların Yerdəyişməsi;
- • Təchizatçıya məhsulların Geriqaytarılması;
- • Alıcıdan məhsulların Gerialınması.
- • Məhsullar üzrə endirim dərəcələri;
- • Məhsullar üzrə marja və mənfəət;
- • Məhsullar üzrə maya dəyərləri;
- • Əməliyyatların satış menecerləri üzrə;
- • Əməliyyatların icra tarixi üzrə.
- • Müqavilənin müddəti;
- • Müqavilənin dəyəri;
- • Müqavilənin istiqaməti (Alış, Satış);
- • Müqavilədən məsul şəxsi;
MALİYYƏ
Maliyyə modulu vasitəsilə Debitor, Kreditor və ƏDV borcları ilə əlaqəli yaranmış öhdəliklər haqqında ətraflı hesabat əldə edirsiniz. Eyni zaman ödəniş tarixləri üzrə sistem tərəfindən verilən xəbərdarlıqlar ilə borclar üzrə gecikmələri aradan qaldırırsınız.
- Ödəniş təyinatlarına görə aşağıdakı istiqamətlər üzrə Mədaxil və Məxaric əməliyyatlarını həyata keçirə bilərsiniz:
- • Qaimələr (Alış, Satış) üzrə ödənişlər;
- • Xərclər üzrə ödənişlər;
- • Avanslar üzrə ödənişlər;
- • Təhtəl hesablar üzrə ödənişlər;
- • Təsisçilər üzrə ödənişlər;
- • Əməkhaqqılar üzrə ödənişlər;
- • Hesablararası yerdəyişmələr və s.
- Nəğd, Bank, Kart və digər spesifik hesabları yaratmaqla müəssisənizin Pul Axını (Cashflow) hesabatını şəffaf maliyyə sistemində təşkil edirsiniz.