Tərəfdaşlarımız

Dünya şöhrətli şirkətlərlə rəsmi distribütorluq müqavilələri çərçivəsində əməkdaşlıq edirik!

PRONET Prospect ERP 2005-ci ildə Amerikanın VoİP şirkəti olan Grandstream şirkəti ilə distributor müqaviləsi imzalayıb. Grandstream PRONET Prospect ERP şirkətinin əsas partnyorlarından biri sayılır və məhsulları şirkətin layihələrində vacib yer tutur. PRONET Prospect ERP ölkənin öndə gedən bir sıra təşkilatlarında Grandstream İP telefoniyasının satışını həyata keçirərək, quraşdırılmış Çağrı Mərkəzlərinin əksəriyyətində məhz bu telefoniyadan istifadə edib. Bu gün də Grandstream məhsulları böyük tələbata malikdir və şirkət tərəfindən təmin olunur. Grandstream hazırda Azərbaycan Kommunikasiya bazarında 60-dan çox irihəcmli layihələr həyata keçirməklə, 230-dan çox məmun müştəri qazanmağa müvəffəq olmuş şirkətdir. Bir sıra dövlət idarələri, müəssisələr, holdinq və şirkətlər bu şirkətin məhsullarından yararlanır.

2003-cü ildə PRONET Prospect ERP komputer istehsalçılarından olan Almaniyanın Fujitsu–Siemens Computers şirkəti ilə rəsmi partnyorluq əlaqəsi qurub. Bakıda CENTRON adı altında ilk ixtisaslaşmış Notebookların Satış Mərkəzi açılıb. 2007-ci ildə PRONET Prospect ERP şirkəti ilə Fujitsu Siemens şirkəti arasında partnyorluq müqaviləsi distributor müqaviləsi ilə əvəz olunub. 2007-ci ilin sonunda PRONET Prospect ERP şirkəti Fujitsu tərəfindən “İlin ən yaxşı notebook satışı” üzrə nominasiyasına layiq görülüb. 2008-ci ildə PRONET Prospect ERP şirkəti Fujitsu şirkəti arasında Servis Müqaviləsi imzalanıb. PRONET Prospect ERP şirkəti 2008-ci ildən etibarən Fujitsu şirkətinin rəsmi servis Mərkəzini işə salıb. Hal-hazırda Servis Mərkəzi fəaliyyətini davam etdirməkdədir.