İnsan Resurslarının İdarəedilməsi sistemi

PDF təqdimatı yükləyin

PDF təqdimatı yükləyin

Modullar

BİZNESİNİZ QACANACAĞI FAYDALAR

Mövcud vəziyyətlə bağlı olaraq hazırda çox şirkət İnsan Resursları ilə bağlı bir çox məsələləri həll etməkdə çətinlik çəkdiyini bildirir. ProHRM sisteminin tətbiqi ilə İnsan Resurslarının idarəedilməsini daha effektiv şəkildə idarə edə bilərsiniz:

  • • Əmək haqqıların hesablanması və ödənişi;
  • • İş vaxtının uçotunun avtomatlaşdırılması;
  • • Davamiyyətin ölçülməsi və nəzarət;
  • • Elektron Kadr kargüzarlığının təşkili;
  • • İşə qəbul proseslərinin təşkili;
  • • Təlimlərin qeydiyyatı və uçotunun aparılması;
  • • Daxili kommunikasiyanın yaradılması.

İŞƏ QƏBUL PROSESLƏRİNİN TƏŞKİLİ

İşə qəbul prosesinin təşkili vasitəsilə müəssisə və ya təşkilatlar yaranmış vakant yerlərə potensial namizədlərin axtarışı və seçilməsini sistem üzərindən həyata keçirilir. Bu modul sizə vakansiyaya müraciət etmiş namizədlərin CV`lərinə nəzərdən keçirmək, seçilmiş namizədləri birbaşa olaraq sistem üzərindən müsahibə edilməsinə imkan verir. Uyğun namizədlər seçildikdən sonra sistemdə qeydiyyatı aparılaraq işə qəbul edilir. Eyni zamanda seçilməmiş namizədlərin CV`ləri toplanaraq CV Bankını formalaşdırılır. Bu da öz növbəsində gələcəkdə yeni vakansiyalar yarandıqda CV Bankında toplanmış namizədlər üzərində dəyərləndirmə aparılaraq iş təklifi edilir. İşə qəbul prosesinə aşağıdakılar daxildir:

  • • İşçi tələbinin yaradılması;
  • • Vakansiyanın dərc edilməsi;
  • • Namizəd müraciətlərin emalı;
  • • Müsahibə keçirilməsi;
  • • Video müsahibə imkanı;
  • • Müsahibə nəticələrinin daxil edilməsi;
  • • CV Bankının formalaşdırılması və s.

DAVAMİYYƏTİN ÖLÇÜLMƏSİ VƏ NƏZARƏT

Müəssisə və təşkilatlarının iş prosesində əməkdaşların davamiyyətlərinə nəzarət etmək və onu ölçmək üçün bu moduldan istifadə olunur. ProHRM həllinə müxtəlif nəzarət keçid qurğuları (Turniket, Kart oxuyucu və s.) inteqrasiya etməklə işçilərin davamiyyətlərini avtomatik ölçmək mümkündür. İş vaxtı gecikmələr, yayınmalar, icazələr, işə gəlməmək və s. kimi hallar izlənilir və sistemdə avtomatik qeydiyyatı aparılır. Ölçülən davamiyyətlər İş vaxtının uçotu tabelində faktiki iş saatlarının hesablanmasında mühüm rol oynayır. Bu modula aşağıdakılar daxildir:

  • • Barmaq izlərinin və kartların qeydiyyatı;
  • • Oxuyucu-Biometrik qurğularla inteqrasiya;
  • • Limit və cərimələrin təyini;
  • • Giriş və çıxışların qeydiyyatı;
  • • İşdən yayınmaların ölçülməsi;
  • • İş vaxtının uçotu tabelinin formalaşması və s.

İŞ VAXTININ UÇOTUNUN AVTOMATLAŞDIRILMASI

İş vaxtının uçotu tabeli istehsalat təqviminə və iş rejiminə əsasən işçinin müəyyən dövr ərzində iş yerində davamiyyətinin uçotunu aparılması vasitəsilə avtomatik qurulur. Təyin edilmiş iş saatlarına əsasən tabeldə üzürlü və üzürsüz səbəblərdən işə çıxmamaq, gecikmə və ya xəstəlik halları, iş vaxtından artıq işləmə, məzuniyyət, ezamiyyətlərin uçotu avtomatik aparılır. Sistem tərəfindən toplanmış bu kimi məlumatlar əsasında İş vaxtının uçotunun avtomatlaşdırılması işçilərin əmək haqqısının avtomatik hesablanmasında istifadə olunur. Bu modula daxildir:

  • • İş rejimlərinin təyin olunması;
  • • İstehsalat Təqviminin hazırlanması;
  • • Qeyri iş günü və növbətçi günü;
  • • Məzuniyyət, Xəstəlik, İcazə və Ezamiyyət günlərinin uçotu;
  • • Əlavə və Gecə iş saatlarının hesablanması;
  • • Faktiki və Norma saatlarının avtomatik hesablanması;
  • • İş vaxtının uçotu tabelinin avtomatik yaradılması və s.

ƏMƏK HAQQILARIN HESABLANMASI VƏ ÖDƏNİŞİ

Modul vasitəsilə müəssisə və təşkilatlarda mövcud əməkdaşların müvafiq iş vaxtı ərzində gündəlik və ya aylıq maaş miqdarı, maaşa əlavələr, mükafatlar və digər ödənişlər avtomatik formada hesablanır. Sistem tərəfindən yaradılmış iş vaxtı uçotu tabeli işçilərin əməkhaqqılarını hesablanmasında mühüm rol oynayır. Bu modula aşağıdakı ödənişlər daxildir:

  • • Sosial müavinətlərin hesablanması;
  • • Ezamiyyət və Xəstəlik ödənişlərinin hesablanması;
  • • Məzuniyyət qalıqlarının və ödənişlərinin hesablanması;
  • • Əməkhaqqı avanslarının ödənişi və uçotu;
  • • Maaşa əlavələr və tutulmaların hesablanması;
  • • Həyat Yaşam sığortasının hesablanması;
  • • Vergi tutulmalarının hesablanması;
  • • Gross və Net əməkhaqqı hissələrinin hesablanması və s.

TƏLİMLƏRİN QEYDİYYATI VƏ UÇOTUNUN APARILMASI

Müəssisə və ya təşkilatlarda mövcud və ya yeni işə qəbul olunmuş əməkdaşlara əlavə bacarıqların öyrədilməsi və inkişaf etdirilməsi təlim modulu vasitəsilə həyata keçirilir. Sistem üzərində keçirilməsi planlaşdırılan təlimlərin qeydiyyatı aparılır, iştirakçılar müəyyənləşdirilir. Təlimdə iştirak etmiş əməkdaşları sistem vasitəsilə bilik səviyyələri ölçülür və qiymətləndirilir. Təlim modulu aşağıdakı parametrləri özündə əks etdirir:

  • • Təlimin planlaşdırılması;
  • • Təlim sifarişlərinin verilməsi;
  • • Təlimlərin qeydiyyatının aparılması;
  • • Təlim iştirakçılarının qiymətləndirilməsi;
  • • Təlim dəyərləndirməsinin uçotu.

ELEKTRON KADR KARGÜZARLIĞININ TƏŞKİLİ

Elektron Kadr Kargüzarlığının təşkili modulu müəssisədə kadr uçotu üzrə əmək qanunvericiliyi və daxili normativ sənədlərin tərtibi, onların iş axınını və icra prosesinə nəzarəti təmin edir. Həmçinin hazırlanmış sənədləri ixrac edərək çap etmək imkanı da mövcuddur. Bura aşağıdakılar daxildir:

  • • Sənədlərin təsdiqlənmə axınının təyin edilməsi;
  • • Müqavilələrin (işə qəbul, məxfilik və s.) qeydiyyatı və ixracı;
  • • Ərizələrin və əmrlərin qeydiyyatı və ixracı;
  • • Aktlaşdırmaların prosesinin avtomatlaşdırılması;
  • • Dövriyyə vərəqəsinin avtomatik ixracı;
  • • Elektron Vəkalətnamənin verilməsi;
  • • SƏTƏM təlimatının aparılması;
  • • Sənədlərin təsdiqlənmə statuslarının izlənilməsi.

MÜƏSSİSƏ DAXİLİ KOMMUNİKASİYA (İNTRANET)

Müəssisə və təşkilat daxilindəki əməkdaşlar arasında effektli bir ünsiyyət sisteminin, məlumat mübadiləsini qurulması və idarə olunmasını təmin edir. Daxili kommunikasiyanın düzgün qurulmasına, işçilərin performanslarının dəyərləndirilməsinə, təşkilatın qarşılaşdığı bir sıra kommunikativ problemlərin aradan qaldırılmasına, daha xoşbəxt işçilərin formalaşmasına və məlumatların operativ mübadiləsinə səbəb olacaqdır. Bu modula aşağıdakı imkanlar daxildir:

  • • Tədbirlərin qeydiyyatı;
  • • Əlamətdar hadisələrlə bağlı təbriklər;
  • • Ümumi və normativ sənədlərin mübadiləsi;
  • • Rəy və sorğuların təşkili;
  • • Elan və xəbərdarlıqların bildirişi və s.