Məktəb və təhsil müəssisələrinin avtomatlaşdırılmış idarəolunması sistemi

PDF təqdimatı yükləyin

PDF təqdimatı yükləyin

Modullar

BİZNESİNİZİN QAZANACAĞI FAYDALAR

  • • Distant təhsil imkanı;
  • • Onlayn qiymətləndirmə və davamiyyət;
  • • Müəllim-valideyn-şagird əlaqəsinin avtomatlaşdırılması;
  • • Elektron arxivdən istifadə;
  • • İmtahan prosesinin təşkil edilməsi;
  • • Hesabatların əldə edilməsi.

TƏDRİS PROSESİ

Təhsil müəssisəsində Tədris İlləri üzrə aşağıdakı məlumatları sistemə daxil etməklə asanlıqla müxtəlif çətinlikdə olan Dərs Cədvəllərinin qurulmasını avtomatik təmin etmək mümkündür. Bura daxildir:

  • • Tədris olunan fənnlərin təyin edilməsi;
  • • Dərslərin keçirilmə saatlarının təyin edilməsi;
  • • Dərsi tədris edəcək müəllimlərin təyin edilməsi;
  • • Dərs otaqlarının təyin edilməsi;
  • • Növbələrin təyin edilməsi;
  • • Sektorların təyin edilməsi;
  • • Siniflərin təyin edilməsi və s.
Sistem üç növ şəxsi kabinet (profil) təklif etməklə hər bir istifadəçi üçün şəxsi məlumatları özündə əks etdirir və sistemə qoşulmaq üçün şifrələri (parol) generasiya edir:
  • • Müəllimin şəxsi kabineti;
  • • Valideynin şəxsi kabineti;
  • • Şagirdin şəxsi kabineti.
  • Müəllim profilində Elektron Jurnal menyusunda tədris proqramı, davamiyyət, şagirdlərin qiymətləndirilməsi və ev tapşırıqları öz əksini tapır. Həmçinin Şagird və Valideyn profilindən Elektron Gündəlik vasitəsilə fənnlər üzrə müəllimin daxil etdiyi məlumatlar (davamiyyət, qiymətləndirmə, ev tapşırıqları) yer alır. Bu da imkan yaradır ki, Müəllimlər öz profilindən sistem üzərindən Ev Tapşırıqları göndərə və şagirdin yerinə yetirmiş ev tapşırığını yoxlaya və qiymətləndirə bilsin və paralel olaraq Valideyn bütün prosesləri yaxından izləyə bilsin. Hər üç profildə hərkəsin aid olduğu siniflər (qruplar) üzrə Dərs Cədvəli menyusunda həftəlik Dərs Cədvəlləri öz əksini tapır.
  • Tədris müəssisəsi daxili kommunikasiya əlaqələrinin daha rahat bir şəkildə təmin edilməsi üçün sistemdə Mesajlaşma bölməsi yaradılmışdır. Həmçinin sistemdə təhsil müəsisəsində olan bütün şəxslərin məlumatlarını daxil etməklə onların məlumat bazası (arxiv) formalaşdırılır:
  • • Şagirdlərin məlumatlar;
  • • Valideynlərin məlumatları;
  • • Müəllimlərin məlumatları;
  • • Personalların məlumatları;
  • • Sistem inzibatçılarının məlumatları.
  • İstənilən dövr üzrə yuxarıdakı məlumatlar əsasında müxtəlif çeşidli hesabatlar əldə etmək mümkündür.

DİSTANT TƏHSİL

  • Tədris müəssisəsinə gəlmədən dərsləri təşkil etmək üçün Distant Təhsil platforma vasitəsilə dərsləri onlayn şəkildə məsafədən dərs cədvəlinə uyğun təşkilini həyata keçirtmək mümkündür. Dərslərə qoşulmaq üçün şagirdlər həm şəxsi kabinetinə həmdə elektron poçt ünvanına avtomatik göndərilən bildiriş (keçid linki) vasitəsilə dərslərə rahatlıqla səsli və görüntülü qoşula bilirlər.
  • Müəllimlər tərəfindən onlayn dərslərin yüksək keyfiyyətdə təmin etmək üçün Distant Təhsil platforması ağ lövhə, səs vermə imkanı, təqdimat imkanı, dərsin video yazma imkanı kimi alətlərlə təchiz edilmişdir.
  • Dərslərə qoşulmuş və ya qoşulmamış şagirdlərin davamiyyəti sistem tərəfindən avtomatik aparılır və Elektron Jurnalda əks olunur.

İMTAHAN VƏ ATTESTASİYA

Bu modul şagirdlərin bilik səviyyələrini sistem tərəfindən davamlı olaraq ölçmək və qiymətləndirməsini həyata keçirtmək üçün nəzərdə tutulmuşdur. Şagirdlər həm təhsil müəssisəsindən həmdə evdən (məsafədən) imtahan prosesində iştirak edə bilirlər. Sistem inzibatçısı və ya müəllimlər tərəfindən Sual Kitabçası yarada, əl ilə sualları daxil edə və ya hazır sualları Excel’dən birbaşa sistemə əlavə edilir. İstənilən sinif və fənn qrupları üzrə şagirdlərin biliklərini sistem tərəfindən qiymətləndirərək nəticələrini avtomatik olaraq şagirdlərlə yanaşı valideynin şəxsi kabinetində də əks etdirilir.

HESABATLILIQ

Sistem tərəfindən tədris prosesi ilə bağlı bütün parametrlər üzrə geniş və çeşidli hesabatların generasiyası avtomatik olaraq formalaşır. Hesabatlılıq modulu təhsil müəssələri üçün vacib detallı hesabatların toplanılmasını və analiz edilməsini asanlaşdıracaqdır. Bura daxildir:

  • • Tədris iştirakçıları hesabatları;
  • • Dərs cədvəli hesabatları;
  • • Müəllim cədvəli hesabatı;
  • • Ştat hesabatı;
  • • Şagird hesabatı;
  • • Personal statistikası hesabatı;
  • • Şagird statistikası hesabatı;
  • • Müəllim statistikası hesabatı;
  • • Təhsil ilinin son nəticələri hesabatı;
  • • Siniflərin keyfiyyət göstəriciləri hesabatı;
  • • Qiymətləndirmə hesabatı;
  • • Davamiyyət hesabatı;
  • • Distant təhsil hesabatlarını və s.

İNTEQRASİYA

ProSchool həlli təhsil müəssisəsində istifadə edilən bütün İKT sistemləri ilə inteqrasiya oluna bilir. Bunlar aşağıdakılardır:

  • • Məlumatlandırma bildiriş sistemi (SMS xəbərdarlıq);
  • • Nəzarət-keçid sistemi (Turniket);
  • • Təhlüksizlik sistemi (video müşahidə);
  • • Telefoniya sistemi (İP pbx)
  • • İnsan resursları sistemi;
  • • Maliyyə sistemi və s.
Bu inteqrasiyalar hesabına SMS sistemi Vahid Məlumat Mərkəzinə qoşularaq Turniket keçidlərindən giriş və çıxışları həmçinin şagirdlərin dərslərdəki qiymətlərini, davamiyyətlərini toplayaraq valideynlərini davamlı olaraq məlumatlandırır. Video müşahidə sistemi vasitəsilə valideynlər məktəbə gəlmədən rahatlıqla övladlarını dərs prosesi zamanı şəxsi kabinetdən izləyə bilirlər.