BANK SEKTORUNDA AVTOMATLAŞDIRILMIŞ ATTESTASİYA SİSTEMİ
- 19-07-2019
Bank sektoru üçün əsas kapital onun əmək ehtiyatlarıdır. Hər əməkdaşın fəaliyyətinin yekun nəticəsi isə onun fərdi inkişafından asılıdır. Məhz bu səbəbdən vaxtında onların biliklərindəki boşluqları aşkar etmək müstəsna önəmə sahibdir.
Bank həmişə inkişafda olmalı olan obyekt olaraq, informasiya mühitinin daimi dəyişikliklərinə uyğunlaşmağı bacarmalıdır. Bankların fəaliyyətini informasiya texnologiyalarının, avtomatlaşdırılmış sistemlərin istifadəsi olmadan təsəvvür etmək olmur. Banklar proqram təminatını seçdikdə yalnız bu sahədə son nailiyyətlərdən istifadəyə yox, həm də obyektiv tələblərə əsaslanırlar. Bu tələblər əsasən verilən həllin funksional imkanlarına və məhz banklarda iş spesifikasının texniki xüsusiyyətlərinə aiddir. Texnologiyaların tətbiqi bir çox üstünlüklər verir. Lakin nəzərə almaq lazımdır ki, bankın müvəffəqiyyəti ilk növbədə bu universal sistemin imkanlarından düzgün istifadə etmək bacarığından asılıdır.
İnsan resurslarının idarəetməsində nəzəriyyə və təcrübə, əməkdaşların attestasiyasını həm əmək məhsuldarlığının, həm işçilərin şəxsi keyfiyyətinin artırılması üçün alət olaraq qəbul edir. Bu da öz növbəsində güclü komanda formalaşdırmağa və əməyin təşkilini yüksəltməyə imkan verir. Personalın effektiv qiymətləndirilməsi və attestasiyası bankın iş prosesinin bütün nüanslarını nəzərə alaraq kompleks şəkildə keçirilməlidir. Belə strukturlaşmış insan resurslarının idarəedilməsi tədbirinin gedişatında rəhbərlik işçilərin əmək, şəxsi və vəzifə bacarıqlarının inkişaf səviyyəsini qiymətləndirir. Bu proseslərin avtomatlaşdırması isə müxtəlif istiqamətlər üzrə biliklərin yoxlanılması, işə qəbul zamanı namizədlərin və ixtisasın artırılması üçün personalın imtahandan keçirilməsi, vəzifənin uyğunluğuna psixoloji testlər, xarici dillər, əmək təhlükəsizliyi və digər bilik səviyyələrinin təyinini asanlaşdırır.
Avtomatlaşdırılmış attestasiya sisteminin tətbiqinin bir neçə üstünlükləri vardır. Bunlardan ən əhəmiyyətlisi budur ki, personalın peşəkarlaşmasına və bunun sayəsində bankın müştərilərinə xidmət keyfiyətini artırmağa və lazımi səviyyədə saxlamağa zəmin yaradacaq.
İkincisi sistemin tətbiqi müxtəlif statistik məlumatların alınmasının sadələşdirilməsinə və avtomatlaşdırmasına imkan verir.
Sistemin digər üstünlüyü də odur ki, attestasiya prosesinin avtomatlaşdırılması əməkdaşa, rəhbərə və ya attestasiya komissiyasına işin çox hissəsini onlarla forma və sənədlər doldurmadan onlayn etməyə imkan yaradır.
Banklar informasiya sistemini seçdikdə yalnız bu sahədə son nailiyyətlərdən istifadəyə yox, həm də obyektiv tələblərə əsaslanırlar. Bu tələblər əsasən proqram təminatının funksional imkanlarına və məhz bank təşkilatlarda iş spesifikasının texniki xüsusiyyətlərinə aiddir.
Azərbaycanda ilk Milli ERP məhsullar tətbiq edən Prospect ERP şirkətinin proqram təminatlarından 400-ə yaxın böyük holdinq, dövlət və özəl müəssələri istifadə etməkdədir. Şirkətin İmtahan və Attestasiya Proseslərinin Avtomatlaşdırılması üçün həlli - ProASK- əməkdaşların test edilərək, onların biliklərinin hansı səviyyədə olması, işgüzar bacarıqlarının nə qədər yetərli olduğunu öyrənmək üçün nəzərdə tutulmuş bir sistemdir. Sistem şirkət daxilində və ya tədris mərkəzlərində aparılan imtahan və attestasiya prosseslərinin avtomatlaşdırılmasını təşkil etməklə:
-Elektron sualların tərtib edilməsi
-Test banklarının yaradılması
-İmtahan verən şəxsin qeydiyyatdan keçməsi və nəzarət edilməsi
-Məlumatlar bazasının yaradılması
-Bütün mümkün sorğu məlumatlarının əlavə olunması
-İnzibatçıların və digər istifadəçilərin hüquqlarının müəyyən edilməsi
-Hesabatların hazırlanması və arxivləşdirilməsi
və digər bu kimi bir çox üstünlüyü özündə birləşdirən geniş monitorinq imkanlarına malikdir. AR Səhiyyə Nazirliyi, ARPA, AR Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Unibank, OMG İnternational və digər şirkətlərdə bu sistem artıq tətbiq olunmuşdur.
Sistemin geniş imkanları biliklərin yoxlamasına, attestasiya və imtahanların keçirilməsinə aid istənilən tələbləri təmin edir.