BIZNES PROSESLƏRININ AVTOMATLAŞDIRILMASI NƏDIR?
  • 19-07-2019

Biznes-proseslərin avtomatlaşdırılması bunlara kömək edir.

  • - Daim təkrarlanan sıxıcı əməliyyatları əl ilə yerinə yetirməkdən qurtulmaq.

  • - İnformasiyanın ötürülmə və emal sürətini artırmaq.

  • - Bütün müəssisə və ayrı-ayrı bölmələri üçün vahid informasiya məkanını formalaşdırmaq.

Şirkətin əsas biznes proseslərini avtomatlaşdırarkən hər hansısa əməkdaşın iş yerində olub-olmamasından asılı olmayaraq, şirkət daxilində baş verənlər haqda sizə lazım olan məlumatı ala bilərsiniz.

Siz hər zaman sizin şirkətinizin nə qədər və nədə qazandığından, nə qədər və hara xərclədiyindən, borclarınızdan və sizə borclu olanlardan hər zaman xəbəriniz olacaq, planlaşdırdığınız mövcud olan göstəriciləri digərləri ilə müqayisə edə biləcəksiniz.

Bundan əlavə sistem işçilərinizin etməməli olduqlarını etməmək, görməli olmadıqlarını isə görməməyə imkan verir. Bu alətdən istifadə edərkən siz intuisiyaya deyil, faktlara əsaslanaraq qərar qəbul edə biləcəksiniz. Bu sistemlə siz habelə işçilərinizi qızğın iş görüntüsü yaratdıqlarına görə deyil, rəqəmlərə görə qiymətləndirə bilərsiniz.

Pis səslənmir, elə deyil mi ? Korporativ informasiya sistemi və ya müəssisənin idarə edilmə sistemi də məhz budur. Bu günkü günümüzdə müəssisənin bu cür idarə edilmə sistemi inkişaf etmiş dövlətlərdə əsas biznes idarə edilməsi alətidir.

Potensial müştərilər ilə münasibətlər barədə danışarkən lidlər ilə işi asanlaşdıran alət haqqında danışmamaq olmaz. Müştərilərlə münasibətlərin daha peşəkar idarəetməsi üçün qabaqcıl şirkətlər CRM sistemindən istifadə edirlər. CRM imkanları barədə daha çox buradan öyrənin.