MÜƏSSİSƏLƏRDƏ İLLİK HESABATLARIN TƏRTİB EDİLMƏSİ PROBLEMİ
  • 19-07-2019

Hər bir şirkətdə, həcmi və əməkdaş sayından asılı olmayaraq, ilin sonunda iş yükü dəfələrlə çoxalır. Bu dövrdə bölmə rəhbərləri və əməkdaşlar tərəfindən müəssisənin illik fəaliyyətinin nəticəsini əks etdirən hesabatlar hazırlanılır. Hesabatlar cari ilin hədəflərinə uyğunluq, planların icrası vəziyyətinin təyini və növbəti il üçün nəzərdə tutulan işlərin düzgün müəyyənləşdirilməsində əsas rol oynayır.  Müəssisələr vaxt, gəlir və enerji itirmələrinə baxmayaraq hesabatlılığı öyrəşilmiş üsulla aparmağa, çoxsaylı sənədləri kağızda çap edib, əl ilə doldurmağa, məlumatın yoxlanılmasını, imzalanmağı və uyğunlaşdırmağı günlərlə gözləməyə davam edirlər.

Ənənəvi üsulla hesabatların tərtib edilməsi bütün biznes sahələrində ən yorucu və gərgin proseslərdən biri sayılır. Hər bölmə rəhbəri hesabatların hazırlanması üçün əməkdaşların köməyi ilə bir ay ərzində məlumatları yoxlayır, hesablamaları aparır və şirkətin ümumi iş planı ilə onları müqayisə edir. İllik fəaliyyəti köhnə üsulla gərgin əmək nəticəsində həyata keçirməyin bir çox mənfi cəhəti var.

İlk öncə bü vaxt itkisidir. İllik fəaliyyəti bir hesabatda əks etdirmək üçün son bir ay ərzində buna xərclənən vaxt iş saatının bəzən iki qatı olur, əməkdaşlar həftə sonları da gəlib işləmək məcburiyyətində qalırlar ki, hesabatları təhvil verə bilsinlər.

Sənədin itməsinə görə yaranan səhvlər, rəqəmlərin səhv toplanılması, cari plandan kənar görülmüş işlərlə bağlı xətalar, mexaniki səhvlər, əvvəlki ildən qalan məlumatların bu ilin hesabatına üstə gələndə məlumatların qarışması və digər səbələrdən baş verən xətalar hesabatların köhnə üsulla hazırlanması zamanı qaçılmazdır.

Bölmələr arası əlaqə zamanı bir bölmədən digərinə göndərilən məlumat birində icra olunmadığına görə itə bilər, digərində isə qalacaq. Bundan əlavə hər bölmə ayrı ayrılıqda hesabat hazırlayarkən nəticədə iki bölmənin hesabatı arasında fərq yaranır və bu qeyri-dəqiq məlumatlar fəaliyyətin qiymətləndirməsində istifadə olunan KPİ göstəricilərin çıxarılmasında ən böyük problemlərdən biridir.

Hesabatlar üçün yığılan məlumatlar kağızlarda yazıldığına görə bu proses daha da çətinləşir. Bunun qarşısında ERP sistemləri istifadə edən şirkətlər heç bir əziyyət çəkmir. Bütün zəruri hesabatların hazırlaması bir dəqiqə içində baş verir, sistem anında hazırlanan hesabatları çıxarır. Bununla da insan amili ilə bağlı yaranan səhvlər minimuma endirilir və əməkdaşlar öz əsas işlərinə davam edə bilirlər və buna bir ay sərf etməyə ehtiyac qalmır. Cədvəl və qrafiklər avtomatik yaradılır, rəhbərlik əməkdaşlarına müraciət etmədən də hesabatları əldə edə bilir.

Şirkətin bütün sahələrinin fəaliyyəti haqqında məlumatlar nəzarət və təhlil üçün vahid bazaya toplanır və hesabatlar tərtib edilir. Vizual hesabatlar vasitəsilə qrafik və diaqramlarda əks olunan müxtəlif parametlərin müqayisəli nəticələrini əldə etmək mümkündür.

ERP sistemlər müxtəlif sahələr üçün standart hesabatları avtomatik olaraq il ərzində daxil edilmiş məlumatlardan toplayaraq tərtib edir. Sistem tərəfindən çıxarılan hesabatlar konkret moduldan asılıdır. Məsələn, maliyyə modulları gəlirlər haqqında bəyannamələr və mühasibatlıq balansı daxil olmaqla klassik maliyyə hesabatlarını yaradır. Şirkətlər üçün hesabatların hazırlanma prosesi gərginlik, əsəb və yorğunluğa səbəb olsa da, Prospect ERP sistemlərini işlədən müəssisələr sürətli şəkildə dəqiq məlumatlara əsaslanaraq tərtib edilmiş hesabatlar əldə edirlər.

Şirkətin təklif etdiyi ERP həllərdə hesabatların ətraflı və dəqiq olmasına xüsusi diqqət yetirilib. Məsələn, Prospect ERP-nin Çağrı mərkəzi sistemi ilə daxil olan zənglərin ümumi sayı, cavablandırılmış və cavablandırılmamış zənglər, ünvanlanmış zənglərin sayı, zəngdən sonra məlumatların emalına sərf olunan vaxt və s. haqqında dolğun hesabatlar tərtib edilir. Elektron Sənəd Dövriyyəsi sistemində hesabatların çıxarılması zamanı müxtəlif filtrlər vasitəsilə daxil olan və göndərilən sənədlərin statusu, sənəd üzrə məsul şəxs, icraçı və s. kriteriyalar üzrə çeşidləmə aparmaq mümkündür. Müştəri əlaqələrinin idarə edilməsi həllində qrafik hesabatlar vasitəsilə marketinq prosesləri və müştərilərlə aparılan işlərin nəticələri ətraflı əks etdirilir. Sistem potensial sifarişçilər və tərəfdaşlarla qarşılıqlı əlaqələrin müxtəlif mərhələlərində yaranmış səhvləri tapmağa imkan yaradır.

İlk milli ERP sistemlərin istehsalçısı Prospect ERP-nin proqram təminatları biznesdə bütün problemləri və ölkə bazarında baş verən biznes prosesləri, qanunvericiliyi nəzərə almaqla hazırlanıb və texniki dəstək müqavilələrinə əsasən daim yenilənir. Bu günə qədər böyük müəssisələrlə əməkdaşlıq etməsinə baxmayaraq Prospect ERP kiçik və orta sahibkarlar üçün də nəzərdə tutlmuş ERP sistemləri tədbiq etməkdədir. Bu da artıq ölkəmizin İT bazarının kifayət qədər inkişaf etməsindən xəbər verir.