Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) Pronet MMC-nin insan resurslarının idarə olunması üzrə ProHRM sistemi tətbiq olunmağa başlandı.
  • 12-04-2022

2016-cı ildən fəaliyyət göstərən Mənzil İnşaatı Dövlət Agentliyin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq üçün onun sərəncamına verilmiş torpaq sahələrində müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil etmək, habelə həmin torpaq sahələrində ərazi planlaşdırılması, layihələndirmə və memarlıq sahələrində siyasətin həyata keçirilməsində iştirak etmək və fəaliyyəti əlaqələndirməkdir.

İstənilən bir təşkilatın biznes proseslərinin bünövrəsində insan resursları (kadr) prosesləri əsas yeri tutur. İnsan resursları proseslərinin avtomatlaşdırılması, kadr kargüzarlığının avtomatlaşdırılması, davamiyyətin ölçülməsi və məvaciblərin hesablanmasının sürətləndirilməsi təşkilatın strateji proseslərinə birbaşa təsirini göstərir. 

Bu istiqamətin avtomatlaşdırılması məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən elan olunmuş tenderdə bu sahədə uzun müddətli təcrübəyə malik Pronet MMC də iştirak etmişdir. Bildiyiniz kimi, proqram təminatının dayanıqlı işləməsi, tələb olunduqda yerində və operativ texniki dəstəyin göstərilməsi, ölkə qanunvericiliyinin tələblərinə cavab verilməsi, məlum pandemiya dövründə işçilərin rifahını təmin etməklə alınan ani qərarlar və istehsalat normalarına uyğunlaşdırma işlərinin proqram təminatında zamanında əks olunması baxımından, bu imkanları təcrübəli və yerli vendorun olması kimi şərtlər Pronet MMC-nin bir mənalı olaraq bu tenderin qalibi seçilməsinə əsas vermişdir.

Bu layihə çərçivəsində aşağıda qeyd edilən əsas proqram modullarının tətbiq edilməsi nəzərdə tutulmuşdur : 

• Təşkilati strukturun qurulması;

• Ştat cədvəli və işçilərin vəzifələrə təyinatı;

• Davamiyyətin ölçülməsi;

• İş vaxtının uçotu;

• Kadr kargüzarlığı;

• Əmək haqqlarının hesablanması;

• Hesabatlıq modulu və sair.

Bu layihənin tətbiqi nəticəsində Mənzil İnşaatı Dövlət Agentliyi insan resurslarının idarə olunması sahəsində müasir avtomatlaşdırılmış sistemə sahib olaraq öz daxili biznes proseslərini daha sürətli və effektiv qurmaq imkanlarını əldə edəcəkdir. Əmək haqqlarının hesablanması zamanı mürəkkəb və kompleks proseslərə sərf olunan zamanı dəfərlərə qısaldaraq hesablama xətalarını sıfıra endirmiş olacaqdır.

Qeyd etmək lazımdır ki, Pronet MMC şirkəti insan resurslarının idarə olunması üzrə ProHRM proqram həllini bundan öncə də bir sıra şirkət və təşkilatlarda tətbiq etmişdir və hal-hazırda tətbiq etməkdə davam edir, onların sırasında Veysəloğlu şirkətlər qrupu, Abşeron Logistika Mərkəzi, SGS, Hilton, RabitəBank, METAK MMC, AzeriKart MMC, İDEA MMC, SuperFon MMC və sair var.

2003-cü ildə təsis olunan Pronet MMC (www.pronet.az) biznes proseslərin avtomatlaşdırılması sahəsində fəaliyyət göstərən yerli proqram təminatı istehsalçısıdır. Şirkətin proqram təminatı məhsullarının sırasına İnsan Resurslarının İdarə Olunması Sistemi, Qaynar Xətlərin (call center) Avtomatlaşdırılması Sistemi, Məktəb İdarəetmə Sistemi, Elektron Sənəd Dövriyyəsi Sistemi, İmtahan və Attestasiya Sistemləri, Elektron Kitabxana Sistemi və s. məhsullar daxildir. Şirkət bu illər ərzində dövlət və özəl sektorlarında 300-dən artıq kiçik və iri layihələr həyata keçirmişdir.