ŞƏFFAF RƏQABƏTİN ŞƏRTSİZ QALİBİ- PRONET
Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin Dövlət Qulluqçularının Reyestri sisteminin yenilənməsi layihəsinin icrasını 18 illik İKT sahəsində fəaliyyət göstərən PRONET şirkətinə həvalə olunmuşdur.
Layihə PRONET MMC tərəfindən yüksək peşakarlıqla tamamlanmış və zamanında sifarişçiyə təhvil verilmişdir. Layihə çərçivəsində sistemə analitik hesabatlar modulu əlavə edilib və axtarış modulu təkmilləşdirilərək 29 kateqoriya üzrə axtarış imkanı yaradılıb. Hesabatlar moduluna statistik məlumatlar, təsnifat üzrə, dövlət qulluqçularının sayı haqqında, dövlət orqanlarının siyahısı haqqında, habelə dövlət qulluqçularının stajı üzrə məlumat alt bölmələri əlavə edilib. Dövlət Qulluqçularının Reyestri aparılmasına dair anket forması təkmilləşdirilib və yeniliklər əlavə olunub. Dövlət Qulluqçularının Reyestrində aparılan yenilənmələrə uyğun olaraq növbəti ixtisas dərəcələrinin verilməsi haqqında məlumatı əks etdirən bölmə, arayış və sənədlər alt bölməsi yaradılıb. Sənədlər alt bölməsi dövlət qulluqçusunun elektron sənədlərinin toplanması, icrası və arxivləşdirilməsi üçün əlverişli imkanlar yaratmışdır.