Ölkənin daha bir maliyyə sektorunun aparıcı oyunçusu “Call Center” xidmətini Pronet MMC`nin həlli üzərində qurdu.
"Azərikard" MMC öz telefoniya və qaynar xətt sistemini təkmilləşdirmək istəyini Pronet MMC ilə həyata keçirmişdir. Belə ki, təyin olan tenderin nəticəsi olaraq bir sıra yerli və xarici şirkətlərin təklif və imkanlarını dəyərləndirərək seçim Pronet MMC’nin bu sahədə olan təcrübəsi üzərində edilmişdir.
Eyni zamanda “call center” platforması "Azərikard" MMC-in insan resursları, daxili İT və əməliyyat ticketing sistemlərinə veb servisləri vasitəsilə tamamilə inteqrasiya olunmuş şəkildə çalışacaqdır.
Yeni qurulmuş “call center” imkanlarından faydalanaraq "Azərikard" MMC birbaşa xidmət göstərdiyi əhalidən və prosessinq xidməti göstərdiyi banklardan daxil olan telefon müraciətlərinin emalının daha da yüksək səviyyədə təşkilinə nail olacaqdır.
"Azərikard" MMC Azərbaycanda sertifikatlaşdırılmış ilk prosessinq mərkəzi olaraq telekommunikasiya şirkətlərinin xidmət haqlarının, kommunal xidmətlərin, gömrük rüsumlarının və vergilərin ödənişi, mobil və internet bankçılıq, nağdsız qaydada bir kartdan digər karta pul köçürmələrinin, bankomat vasitəsilə sığorta haqlarının və depozitlərin ödənişinin, müxtəlif loyallıq proqramları və s. kimi yeni, müasir və texnoloji layihələrin tətbiqi ilə fəal şəkildə məşğuldur.
Pronet MMC şirkəti qaynar xətlərin idarə olunması (call center) üzrə proqram təminatı həllini bundan öncə də uğurla bir sıra dövlət müəssisəsi, orta və iri özəl şirkət və təşkilatlarda tətbiq etmişdir, onların sırasında Ekologiya Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Respublika Müalicəvi Diaqnostika Mərkəzi, Ədliyyə Nazirliyi, 103 Təcili Yardım Xidməti, 902 DYP qaynar xətti, Paşa Sığorta, Paşa Həyat, NBC Bank, Access Bank, Maxi.az, Kontakt Home, Dərs Evi, Embawood, Engin MMC, İdeal Parfume, Sirena Motors və sair.