“Odlar Yurdu Universiteti”, “British School in Baku”, “Bakı Müasir Məktəbi” və “Pronet” MMC şirkəti “COVİD-19” pandemiyasına qarşı birgə əməkdaşlıq edəcək.
“Odlar Yurdu Universiteti”, “British School in Baku”, “Bakı Müasir Məktəbi” və “Pronet” MMC şirkəti “COVİD-19” pandemiyasına qarşı birgə əməkdaşlıq edəcək.
Bir müddət öncə AR Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si olmaqla) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmış və bununla bağlı bütün tədbirlər təxirə salınmışdı.
Məhz belə bir vəziyyətdə yaranmış bütün çətinliklərin qarşısının alınması, həmçinin universitetin nəzdində təhsil alan tələbələrin dərs qrafikindəki davamlılığının təmin olunmasına çalışan nüfuzlu tədris ocaqları bu istiqamətdə Pronet MMC-nin yardımı ilə böyük bir addım atmağa hazırlaşır.
Bir müddət öncə xəbər verdiyimiz kimi “Odlar Yurdu Universiteti” və “British school in Baku” məktəbi , 2019-2020-ci tədris ilindən etibarən Pronet MMC şirkətinə məxsus “Elektron Təhsil İdarəetmə Sisteminə” keçid etmişdi. Həmçinin “Bakı Müasir Məktəbi”-də bu sistemi 8 ildir aralıqsız istifadə edir.
Sistem sayəsində universitet və məktəb həyatının bütün komponentlərini avtomatlaşmış proqram təminatı ilə idarə edən nüfuzlu təhsil ocaqları “COVİD-19” pandemiyasına da qarşı “Elektron Təhsil İdarəetmə Sistemi”-nin faydalarından istifadə edəcək.
“Odlar Yurdu Universiteti”, “British School in Baku” “Bakı Müasir Məktəb”-i sözügedən sistem vasitəsi ilə “uzaqdan (distant) təhsil” sisteminə keçid edir.
Hal-hazırda məktəb və universitetlərdə tədris prosesini davam etdirmək üçün “skype” və “whatsapp” kimi proqramlardan istifadə edilir. Bu vasitələr tam və rahat şəkildə tədris prosesini təşkil etməyə çətinliklər yaradır. Tətbiq ediləcək sistemlə isə distant təhsil modulu sinif lövəsini imitasiya, təqdimatların keçirilməsini və ev tapşırıqların yoxlanmasını bütövlükdə interaktiv şəkildə təmin edə bilir.
Fiziki dərs prosesindən heç də geri qalmayan yeni - onlayn təhsil metodu ilə gündəlik dərs prosesində istifadə olunan bütün tədris alətləri nəzərə alınmışdır.
Belə ki, onlayn şəkildə yaradılmış müəllim, tələbə, şagird və admin pəncərələri ilə məkanından aslı olmayaraq hər bir tələbə öz şəxsi kabineti vasitəsi ilə hər bir dərs saatında sistemə qoşularaq virtual dərslərdə iştirak edəcək, mühazirələri dinləyəcək, dərs prosesində istənilən sual və qiymətləndirmə alətlərindən istifadə edə biləcək.
Həmçinin sistemin köməkliyi ilə tələbə şəxsi iş, təqdimat əlavəsi və digər sənəd əlavələrini də müəllimə göndərmək imkanına sahib olmaqla yanaşı, “Dərs arxivi” funksiyasının köməkliyi ilə istənilən zaman köhnə tarixli dərslərin video-yazılarına baxaraq yenidən məlumat əldə edə biləcək.
“Odlar Yurdu Universiteti”, “British School in Baku” “Bakı Müasir Məktəb” və “Pronet” MMC arasında olan əməkdaşlığın uğurlu davamı olan bu addım, eləcə də AR Nazirlər Kabineti yanında Operativ Qərargahın “COVİD-19” pandemiyasına qarşı atılan qabaqlayıcı tədbirlərinə bir davam olaraq düşünülür.
Pronet MMC-ə məxsus “Elektron Təhsil İdarəetmə Sistemi”-nə məxsus “Distant təhsil” modulunun bəzi görüntülərini təqdim edirik: https://youtu.be/NUvtj_906RM