Daha bir şirkətdə ProHRM (İnsan Resursların İdarə Olunması) həllinin müasir versiyasının tədbiqinə başlanmışdır...
Çoxlu sayda əməkdaşların gündəlik iş fəaliyyətini insan resursları bölməsi tərəfindən idarə etmək olduqca mürəkkəb prosesdir. Xüsusən də əgər əməkdaşlar haqqında məlumatlar və müxtəlif hesabat növlərini onlayn rejimdə əldə etmək kimi tələblər şirkətdə bu sahəni tamamilə avtomatlaşdırma zərurətini yaradır.
Bu dəfə aparıcı yerli şirkətlərdən olan SUPERFON öz insan resurları sahəsinin avtomatlaşdırılmasını (HRM) Pronet MMC həval etmişdir.
Layihə çərçivəsində Pronet MMC bu ilin sonuna qədər SUPERFON şirkətində ProHRM həllinin aşağıdakı modullarını tətbiq edəcəkdir:
• Təşkilati struktur, işçilərin məlumat bazası və şəxsi profili;
• Davamiyyətə nəzarət və iş vaxtının uçotu modulu;
• Əmək haqqının hesablanması modulu;
• Elektron kadr kargüzarlığı və sənədlərin axını modulu və sair.
Şirkət eyni zamanda tətbiq edəcək proqram modullarını hal-hazırda istifadə olunan maliyyə proqram təminatı Logo və barmaq izlərin qeydiyyatı sistemlərinə inteqrasiya işlərini də həyata keçirəcəkdir və sonda ProHRM sistemi ilə çalışacaq bütün SUPERFON şirkətinin əməkdaşlarına istifadə qaydaları ilə bağlı təlimlər veriləcəkdir.
Bu layihənin tətbiqi nəticəsində SUPERFON şirkəti insan resurslarının idarə olunması sahəsində müasir avtomatlaşdırılmş sistemə sahib olaraq öz daxili biznes proseslərini daha da sürətli və effektiv qurmaq imkanlarını əldə edəcəkdir. Əməkhaqqıların hesablanması zamanı mürəkkəb və kompleks proseslərə sərf olunan zamanı dəfələrlə qısaldaraq hesablama xətalarını sıfıra endirmiş olacaqdır.
2008-ci ildən fəaliyyət göstərən SUPERFON şirkəti əsasən mobil telefonların və onlara dair bütün növ akssesurların ölkəyə idxalı ilə yanaşı, həmdə ona yaxın mağazalar şəbəkəsinə sahibdir. SUPERFON şirkətində hal-hazırda dördyüzə yaxın müxtəlif peşə və vəzifələrdə çalışan işçi heyətinə malidir.
2003-cü ildə təsis olunan Pronet MMC (www.pronet.az) biznes proseslərinin avtomatlaşdırılması sahəsində fəaliyyət göstərən yerli proqram təminatı istehsalçısıdır. Şirkətin proqram təminatı məhsullarının sırasına:
• İnsan Resurslarının İdarə Olunması Sistemi - ProHRM;
• Qaynar Xətlərin (call center) Avtomatlaşdırılması Sistemi - ProCall;
• Məktəb İdarəetmə Sistemi - ProSchool;
• Elektron Sənəd Dövriyyəsi Sistemi - ProDoc;
• İmtahan və Attestasiya Sistemləri - ProAsk;
• Elektron Kitabxana Sistemi - ProLib və s. məhsullar daxildir.
Pronet şirkəti bundan öncə də uğurla bir sıra dövlət və özəl sektorlarında 300-dən artıq kiçik və iri layihələr keçirmiş, həmçinin insan resurslarının avtomatlaşdırılması sistemini İDEA MMC, Metak MMC, Veysəloğlu Şirkətlər Qrupu, Abşeron Logistika Mərkəzi, AzeriKard MMC, SGS Baku LTD, Hilton Hotel, RabitəBank, AVİCOM MMC, Centron Mağazalar Şəbəkəsi və bir sıra iri şirkət və təşkilatlarda tətbiq etmişdir.