Pronet şirkəti “ProSchool - məsafədən təhsil” sistemini British School in Baku-da tam şəkildə tətbiq etdi.
Cari ilin əvvəlində pandemiya ölkə məktəblərində şagirdlərin dərslərdə fiziki iştirakını mümkünsüz etmişdir. Tədris prosesini dayandırmamaq məqsədi ilə British School in Baku (BSB) rəhbərliyi qısa müddət ərzində Pronet şirkətinə əlavə olaraq “Distant Dərs” modulunun tətbiqini sifariş etmişdir. Pronet MMC mütəxəssisləri tərəfindən qısa müddət ərzində işə salınan “Distant Dərs” imkanı (gündəlik 300-400 aktiv tədris iştirakçısı istifadə etmişdir) yüzlərlə şagirdi evdən tədris prosesinə qoşa bilmişdir. Qeyd etmək lazımdır ki, BSB çox az saylı məktəblərdəndir ki, pandemiya dövründə dərslərini fasiləsiz apara bilmişdir. Bu imkan Pronet şirkətinin Məktəb İdarəetmə Sisteminə tam inteqrasiya etmiş öz Video Konfrans platforması hesabına mümkün olmuşdur. Eyni zamanda video konfrans imkanı ilə yanaşı elektron lövhə, distant səs vermə, təqdimat, cihazın ekranını paylaşma, anlıq qeydlər almaq, daxili qrup və fərdi yazışma, video paylaşmaq və sair imkanlar da “Distant Dərs” modulunda yer almışdır.
Bildiyiniz kimi, BSB artıq bir neçə ildir ki, Pronet şirkətinin Məktəb İdarəetmə Sisteminin üzərində öz tədris prosesini tam avtomatlaşdırmışdır. ProSchool məktəbin bir neçə korpusunu vahid platformada cəmləyərək, hər bir korpus üzrə fərdi kökləmələri, fərdi zəng saatını, dərs cədvəlini və tədris iştirakçılarını uçota alaraq avtomatlaşdırır. Sistemin elektron jurnal və elektron gündəlik portalı vasitəsi ilə tədris müəssisəsinin personalının, şagirdlərinin və valideynlərinin interaktiv məlumat mübadiləsini təmin edir (dərslər, dərs mövzuları, elektron vəsait, ev tapşırığı). BSB öz gündəlik tədris prosesində müəllim, valideyn və şagird portalı, elektron jurnal, elektron gündəlik, daxili yazışma və sistemin digər imkanlarından geniş istifadə etməkdədir.
BSB məktəbi əldə etdiyi yeni həllər və modullar hesabına distant tədris imkanlarını genişləndirmiş və öz şagirdlərinə müasir texnologiyalar hesabına keyfiyyətli və dayanıqlı təhsil təklif edəcəkdir.
Yerli bazarda öz geniş və kompleks imkanlarına görə Pronet şirkətinin Məktəb İdarəetmə Sistemi analoqu olmayan bir həll olaraq genişlənməyə davam edir. Sistemin tərkibində elektron kitabxana, onlayn ödəniş, imtahan və attestasiya modulları da yer alır.
British School in Baku haqqında. 2007-ci ildə qapılarını şagirdlərə açan British School in Baku Azərbaycanda yeganə Britaniya Beynəlxalq Məktəbidir. Hal-hazırda müxtəlif milliyət və mədəniyyətdən olan 135 şagirdə məktəb ciddi akademik proqram təklif edir, şagirdlərin beynəlxalq mühitdə gələcək uğurunun təməlini qoyur. Məktəb şagirdləri fizika, kimya və biologiya fənləri üzrə yüksək səviyyədə təchiz olunmuş laboratoriyalarla, rəsm, musiqi, kompüter otaqları, kitabxana, resurs mərkəzi daxil olmaqla ixtisaslaşdırılmış avadanlıqla təmin edir.
Pronet şirkəti bundan öncə də uğurla bir sıra dövlət və özəl sektorlarında 300-dən artıq kiçik və iri layihələr keçirmiş, həmçinin Məktəb və təhsil müəssisələrinin avtomatlaşdırılmış idarəolunması sistemi Bakı Modern Təhsil Kompleksi, British School in Baku, Azərbaycan Respublikası Təhsil Nazirliyi T.İsmayılov Adına 6 Saylı Məktəb-Lisey, Keyfiyyət Akademiyası, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 Saylı Baza Tibb Kolleci, Odlar Yurdu Universiteti və bir sıra tədrsi müəssisələrində tətbiq etmişdir.