PROSPECT ERP - SAHIBKARLIĞIN 15 ILLIK ETIBARLI DOSTU
  • 19-07-2019

Müasir dövrdə bütün biznes proseslərin idarəetməsi avtomatlaşdırılmış vahid sistemlərə keçməkdədir. İstər milli, istər beynəlxalq səviyyədə bizneslər ERP həllərin imkanlarını geniş miqyasda tətbiq etməkdədir. Sevindirici hal budur ki, ölkəmizdə fəaliyyət göstərən bizneslər və dövlət qurumları da bu həllərin imkanları ilə maraqlanır və öz fəaliyyətlərində tətbiq etməyə başlayırlar. Hələ uzun illər öncə Azərbaycan bazarında fəaliyyətə başlayan yeni şirkət - Prospect ERP bu trendin ölkə biznesinin gələcəyi olduğunu gördü. O vaxtlar bu ideayanın qeyri-real olduğu düşünülən dövrdə ilk Milli ERP sistemləri inkişaf etdirməyə başlayan şirkət artıq 15 ildir ki, Azərbaycanda bizneslər və dövlət qurumları tərəfindən etibarlı ERP sistem təminatçısı olaraq tanınır.

Bütün biznes proseslərin idarəetməsi avtomatlaşdırılmış vahid sistemlərə keçdiyi müasir dövrdə ölkəmizin müəssisə və təşkilatları da müvəffəqiyyət qazanmaq üçün önəmli olan ERP həllərin imkanları ilə maraqlanmağa başlayıblar. Hələ uzun illər öncə məhz bu texnologiyaların gələcəyin ən önəmli biznes alətlərindən biri olacağını görən Azərbaycanda ilk Milli ERP sistemlərin istehsalçısı Prospect ERP bu il artıq 15-ci yaşını qeyd edir. Bir çox iri İT layihələri həyata keçirmiş, yeni məhsullar yaratmış və fəaliyyət göstərdiyi sahədə bir sıra yeniliklər edən şirkət, 2003-cü ildən bəri ölkənin qabaqcıl idarə və təşkilatlarında, iri müəssisə və holdinqlərində öz həllərini uğurla tətbiq etməkdədir. Yarandığı gündən keyfiyyətin yüksək standartlarını təmin etmək və hər bir əməkdaşın bu standartlara riayət edərək çalışmasına əsaslanan Prospect ERP müştər ilərə yerli mütəxəssislər tərəfindən hazırlanmış məhsullar təklif edir.

Fəaliyyətinə Çağrı Mərkəzləri sistemlərinin tətbiqi ilə başlayan şirkət idarəetmənin hər bir sahəsini avtomatlaşdırmaq məqsədi ilə daim inkişaf edərək məhsul siyahısını genişləndirirdi. 2012-ci ildə Azərbaycan bazarında kifayət qədər tanınan artıq 10 yaşı olan şirkət Prospect adlanan ERP həllər kataloquyla zəngin layihəyə başlayaraq ölkənin 400-ə yaxın dövlət və özəl müəssisələrində öz məhsullarını tətbiq etməyə nail oldu.

2017-ci ildə Prospect ERP yalnız iri holdiqlər yox, həmçinin kiçik və orta biznesləri nəzərə alaraq onların inkişafına kömək edəcək vasitə tətbiq etmək qərarına gəldi. Məhz bu məqsədlə Prospect SMB - Small Medium Business adlı layihə uğurla təqdim edildi.

ERP sistemi kimi bir texnologiya həlli bugün əmək məhsuldarlığını yüksəltmək və biznes üçün xərcləri azaltmaqdan əlavə sahibkarların daha çox zaman qazanmasına, bizneslərini inkişaf etdirmək üçün yeni ideyalar və düzgün qərarlar vermələrinə kömək edir. Bu tip innovasiyalar tətbiq etmək, böyük, motivasiya və daimi inkişaf tələb edir.

Sahibkarlıq fəaliyyətinin əsasında yeni dəyər və faydalar yaratmaq amalı durur. Sahibkarların əksəriyyəti bu fəaliyyətlə məşğul olmaqla öz potensiallarını reallaşdırmaq və daha da genişləndirmək istəyirlər. Sahibkarlıq fəaliyyəti həmdə şəxsi inkişaf üçün geniş meydandır. Sahibkar və onun komandası öz növbəti inkişaf mərhələsini yeni məsul və xidmət şəklində yaratdıqları dəyərlərdə nümayiş etdirirlər. Məhsullarımızın sifarişçilərimizin biznesinə müsbət təsirini görəndə daha da motivasiyalı oluram. - Emin Əsgərov, Prospect ERP şirkətinin direktoru

Prospect ERP şirkətinin həyata keçirdiyi bütün işlər - hazırlanan həllər və göstərilən xidmətlər - müştəri məmnuniyyətinə yönəldilib. Bu “Made in Azerbaijan” brendinin hər bir fəaliyyətinin mərkəzində müştəriyə qayğı və onun biznesinin effektivliyini artırmaq üçün faydalı olmaq arzusu dayanır. Prospect ERP-də gənclərin inkişafı ilə bağlı xüsusi proqrama əsasən son illərdə təyin olunmuş bölmə rəhbərlərinin orta yaşı 25-dən yuxarı deyil. Bu istiqamətdə davamlı olaraq indi də ardıcıl işlər görülür.

Hal-hazırda şirkət

-Universal Contact Center platforması;

-İmtahan və Attestasiya Proseslərinin Avtomatlaşdırılması;

-İnsan Resurslarının İdarəolunması sistemi;

-Elektron Sənəd Dövriyyəsi;

-Layihə və tapşırıqların idarəetməsi sistemi;

-Müştəri münasibətlərinini idarəetməsi sistemi;

-İntellektual Təhsil İdarəetmə Sistemi;

-idarəetməsi sistemi;

-Logistika, Çatdırma və Quraşdırma İdarəetmə Sistemi;

-Satış və Maliyyə Resursların İdarəolunması Sistemi;

-Servis mərkəzlərinin və texniki dəstəyin idarəolunması sistemi;

-Yaşayış komplekslərinin idarəetmə sistemi;

-Təhsil üçün universal İnteraktiv Löhvə;

-Yaşayış Komplekslərinin İntellektual İdarətmə Sistemi;

-Kiçik və Orta bizneslər üçün kompleks ERP həllər təklif edir. Bazar, prioritetlər və sifarişçilərin ehtiyacları dəyişdikcə Prospect ERP də daha çox tələb olunan məhsullar siyahısını korrektə edərək 15 illik fəaliyyəti ərzində hər il yeni bir layihə həyata keçirməklə təklif etdiyi məhsulların sayını yetərincə artırıb.

“Non-Stop” ifadəsi Prospect ERP-nin fəaliyyətinin dinamikasının ən doğru təsviridir. Heç vaxt dayanmadan və daim irəliyə baxan Prospect ERP bu xüsusiyyəti ilə 15 il ərzində bütün böhranlardan uğurla çıxmağı bacarıb. Və bugün 2018-ci ildir, şirkətin artıq 15 yaşı, 400-ə yaxın müştərisi, 10-dan çox tərəfdaşı və 24/7 formatıyla sizin xidmətinizdə duran böyük bir komandası var!

Hər bir proqram təminatı yaradarkən Prospect ERP komandası ilk öncə bu həllərdən istifadə edəcək böyük bir auditoriyanı - tətbiq edilən məhsul və xidmətləri sayəsində öz biznesini optimallaşdıran müştəriləri nəzərə alır. Bu səbəbdən də hər bir layihəsi üzərində maksimum peşəkarlıqla çalışır, uğurlu nəticələr verməsi üçün bütün səylərini əsirgəmir.