PROSPECT ERP ANAMA ILƏ ƏMƏKDAŞLIĞA BAŞLADI
  • 19-07-2019

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (bundan sonra ANAMA) - ilə Prospect ERP arasında müqavilə bağlanılıb.

Azərbaycan Respublikasının müstəqilliyini əldə etdiyi dövrdən sonra yaradılan qurumlar arasında sosial-ictimai xarakter cəhətdən ən əhəmiyyətlilərdən biri olan ANAMA bu il öz fəaliyyətini və xidmət keyfiyyətini artırmaq istiqamətində bir sıra tədbirlərə başlayıb. Qeyd edilən tədbirlər çərçivəsində ən önəmlilərindən biri də Prospect ERP şirkəti ilə əməkdaşlıq müqaviləsinin imzalanmasıdır. Əməkdaşlıq çərçivəsində ANAMA-da İnsan Resursları və Sənəd Dövriyyəsinin İdarəedilməsinin avtomatlaşdırılması sistemləri tətbiq olunacaq.

 

Prospect ERP 15 ildir ki, ölkə bazarında bizneslərin idarəedilməsi üçün tam yerli və ana dilində proqram təminatları tətbiq edərək 400-ə yaxın müəssisə daxil olmaqla dövlət qurumları və iri biznes strukturlarının etibarını qazanmışdır. Şirkətin zəngin həllər kataloquna insan resurslarının, sənəd dövriyyəsinin, müştəri münasibətlərinin, layihə və tapşırıqların, çağrı mərkəzlərinin, təlim, imtahan-attestasiya proseslərinin və hətta təhsil mərkəzlərinin idarəedilməsi sistemləri daxildir.

Ölkə bazarında son bir il ərzində adı çəkilən həllərin tətbiq olunduğu qurumlar sırasına ANAMA ilə yanaşı AR Səhiyyə Nazirliyi, AR Mədəniyyət Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Abşeron Logistika Mərkəzi, Veysəloğlu Şirkətlər Qrupu, Rabitəbank, Unibank və s. kimi nüfuzlu dövlət və özəl müəssisələri də qoşuldular.