PROSPECT ERP KAMPANIYALAR ELAN EDIR
  • 19-07-2019

Azərbaycanın İlk Milli ERP Sistemi - Prospect ERP bu il 15 yaşını qeyd edir.

Şirkət 15 illik yubileyi münasibətilə bir sıra silsilə tədbirlər və kampaniyalarla yenə də müştəriləri üçün əvəzsiz imkanlar yaradır.

İndi isə İyunun 1-dən Dekabrın 31-dək davam edən “15-lərlə zəngin hədiyyələr” aksiyası elan edir. Şirkət tətbiq etdiyi İntellektual İnsan Resursları,Universal Contact Center Platforması,Elektron Sənəd Dövriyyəsivə İmtahan və Attestasiya Proseslərinin avtomatlaşdırılması və s. kimi həllərdən hər hansı birini seçən müştərisinə aşağıdakı seçimlərdən yararlanmaq imkanı verir:

15 aylıq Texniki Dəstək!

Məhz 15 ay boyunca istənilən texniki dəstəyin tam ödənişsiz göstəriləcəyi nəzərdə tutulan 15 aylıq Texniki Dəstək paketi xidmət səviyyəsinin daha da yüksəldilməsini nəzərdə tutub.

Paketə daxildir:

  • Server avadanlığınınvə virtual serverlərin köklənməsi
  • Finger Print - FP qurğu turniket, FP qurğu qapı kilidi, FP magnit qurğularının inteqrasiyası
  • Storage sistemlərinin qaldırılması və köklənməsi
  • Cloud resurslarının qaldırılması və köklənməsi
  • Daxili informasiya sistemləri ilə inteqrasiya üzrə konsultasiya və dəstək

15% endirim!

Qeyd olunan müddət ərzində Prospect ERP-ə aid olan məhsullardan hər-hansı birini əldə edən bütün müştərilər üçün 15% endirim tətbiq ediləcək.

15 nəfər əməkdaş üçün ödənişsiz təlim!

Müştəriləri maraqlandıran suallar, proqramın interfeysi və texniki cəhətdən qaranlıq qalan hər bir sualın cavablandırılması üçün 15 nəfərdən ibarət qrupa “Proqramdan İstifadə qaydalarına dair Təlim” şirkət tərəfindən ödənişsiz həyata keçiriləcək.

Qeyd edək ki, Prospect ERP Azərbaycan İT bazarında 2003-cü ildən fəaliyyət göstərir. Bu il 15 yaşını qeyd edən şirkət hər zaman sahibkarlığın dostu rolunu oynayan fəaliyyəti ilə öz sektorunda alternativsiz bir seçimə çevrilmişdir.

Əlaqə saxlamaq üçün [email protected] ünvanına mail yazmaq və yaxud +99477 277 24 77 və +99412 310 21 21 nömrələrinə zəng etmək kifayətdir.