PROSPECT ERP RABITƏBANK-LA DA ƏMƏKDAŞLIĞA BAŞLADI
  • 19-07-2019

Son dövrlər ERP həlləri ilə demək olar ki, bütün biznes sektorların marağına səbəb olan Prospect ERP şirkəti Rabitəbankın da İnsan Resursları idarəetməsi sisteminin tətbiqinə başladı.

 

İqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini qısa zamanda genişləndirmiş Rabitəbank son dövrlər texnoloji sistemləri tətbiqi sayəsində idarəetmə proseslərini sadələşdirərək rəqabət mövqeyini gücləndirməkdədir. İnsan resurslarının idarəedilməsi sahəsində proqram təminatı seçimini Prospect ERP şirkətinə etibar edən Rabitəbankla adı çəkilən həllin tətbiqi haqqında müqavilə də imzalanıb.

 

Müqaviləyə əsasən Prospect ERP-nin İnsan Resurslarının İdarəedilməsi sisteminin(ProİD) “Davamiyyət” modulu vasitəsilə bankın işçi heyətinin davamiyyəti (əməkdaşların işə gəlib-getmə vaxtları, gecikmə və s.) tənzimlənəcək və iş vaxtından artıq görülən işlər (over-time), gecikmələr, xəstəlik məzuniyyətləri, bonuslar və s. məlumatlar əsasında əməkdaşların aylıq əməkhaqqısı təyin olunacaq.

 

“İşəqəbul” moduluna əsasən təsdiqlənmiş vakansiyaların korporativ saytlarda dərc edilməsi, həmin vakansiyalara müraciətlərin qəbul edilməsi, müraciətlərin ilkin emalı və öncədən təyin edilmiş standart prosedurları, şirkətlər qrupuna müraciət edəcək şəxslər üçün şəxsi kabinet yaradılması, namizəd müraciətlərinin dərc edilmiş bütün vakansiyalar üzrə göndərilməsi və statusların izlənilməsi prosesləri avtomatlaşdırılaraq bir mərkəzdən idarə olunacaq.

 

Ümumilikdə Prospect ERP şirkəti tərəfindən tətbiq olunacaq bu imkanların hamısı Rabitəbank-da HRM proseslərinin daha mütəşəkkil qurulmasına və əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə əsaslanıb.

 

Prospect ERP 15 ildir ki, ölkə bazarında bizneslərin idarəedilməsi üçün tam yerli və ana dilində proqram təminatları tətbiq edərək 400-ə yaxın müəssisə daxil olmaqla dövlət qurumları və iri biznes strukturlarının etibarını qazanmışdır. Şirkətin zəngin həllər kataloquna insan resurslarının, sənəd dövriyyəsinin, müştəri münasibətlərinin, layihə və tapşırıqların, çağrı mərkəzlərinin, təlim, imtahan-attestasiya proseslərinin və hətta təhsil mərkəzlərinin idarəedilməsi sistemləri daxildir.

 

Ölkə bazarında son bir il ərzində adı çəkilən həllərin tətbiq olunduğu qurumlar sırasına Rabitəbank-la yanaşı AR Səhiyyə Nazirliyi, AR Mədəniyyət Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Abşeron Logistika Mərkəzi, Veysəloğlu Şirkətlər Qrupu, ANAMA, Unibank və s. kimi nüfuzlu dövlət və özəl müəssisələri də qoşulublar.