PROSPECT ERP RABITƏBANK-LA MÜQAVILƏ IMZALADI
Prospect ERPbank və sığorta sektorunda sənədlərin icrası və çatdırılması ilə bağlı əməliyyatlar, sənədlərin qəbul edilməsi və ya icrası ilə bağlı lazımlı məlumatların axtarışı və ya çatdırılması üçün vaxtın azaldılması, sənədlərin itmə risklərinin minimuma endirilməsi və onların yenidən yaradılması, sənədlərin icrasına və onlara dair göstərişlərə nəzarətin təşkili, filiallarla qarşılıqlı əlaqə şəbəkəsinin yaradılması və s. prosesləri avtomatlaşdırmaq məqsədilə Elektron sənəd dövriyyəsinintətbiqi işlərinə başlayıb.
Sistemin tətbiqi istiqamətində ilk olaraq Rabitəbankla müqavilə imzalayan Prospect ERP - nin məqsədi aşağıda sadalanan işləri sadələşdirmək və bu yolla da bank və sığorta sektorunun inkişafına öz dəstəyini verməkdir:
- daxil və xaric olan və daxili sənədlərin qeydiyyat prosesini sadələşdirmək;
- sənədlərin icrası ilə bağlı nəzarəti mərkəzləşdirmək;
- bütün sənədlərə giriş imkanlarını məsul şəxs tərəfindən tənzimləmək;
- sənədlərin arxivləşdirmək;
- filiallar arasında sənədlərin vahid idarəetmə sistemini yaratmaq;
- məlumat və axtarış işlərini tezləşdirmək;
- bank taşkilatı üçün bütövlükdə hesabatları formalaşdırmaq;
- bir neçə sənədlərlə eyni zamanda işləmək;
Beləliklə Prospect ERPRabitəbankda tətbiqi planlaşdırılandoğma Azərbaycan dilli yerli proqram təminatı olan Mərkəzləşdirilmiş Elektron Sənəd dövriyyəsi sistemi sayəsində bankın əməkdaşları yuxarıda qeyd olunan bütün üstünlüklərə sahib olacaqlar.
Qeyd edək ki, Azərbaycan İT bazarında 2003-cü ildən fəaliyyət göstərən Prospect ERP İntellektual Çağrı Mərkəzinin idarəedilməsi həllini ölkəmizdə ilk dəfə Bank of Baku-da tətbiq etmişdir. Daha öncə bank və sığorta sektorunda Accessbank, TuranBank, Ata Sığorta və s. kimi təşkilatlarda İntellektual Çağrı Mərkəzinin idarəedilməsini avtomatlaşdıran şirkət son illərdə adı çəkilən sistemin ən yeni versiyasını Azər Türk Bank, NBC Bank və Paşa Sığortada da tətbiq etmişdir.
Prospect ERP Azərbaycan sahibkarlığının inkişafına ən böyük dəstək olaraq biznesin bütün idarəetmə sahələri üçün ölkəninin ən böyük holdinq və şirkətləri ilə yanaşı həm də dövlət sektorunda, xüsusilə də nazirliklərdə doğma ana dilində, yerli proqramı təminatı tətbiq edərək bu gün də bütün müştərilərinin etibarı ilə dəstəklənməkdədir.
Əlaqə saxlamaq üçün +99477 277 24 77 nömrəsinə zəng etmək və yaxud da [email protected] ünvanına mail yazmaq kifayətdir.