PROSPECT ERP-NIN DƏYƏRLI MÜŞTƏRILƏRIN TƏBRIKLƏRI
  • 19-07-2019

Azərbaycanda ilk milli ERP sistemi tətbiq edən Prospect ERP bu il 15 illik yubileyini qeyd edib. Bununla bağlı şirkətin əməkdaşları ilə yanaşı dəyərli müştəriləri də video mesaj şəklində öz təbriklərini təqdim etdilər:

“Sizin şirkətə və şirkət rəhbərliyinə müəssisə rəhbəri kimi öz minnətdarlığımı bildirmək istəyirəm. Bizim bütün tələblərimizi və təkliflərimizi çox həssaslıqla qəbul edərək bizim işə uyğun formada proqramçılarınız sistem tərtib edib bizə vermişdir.”-Rauf Nağıyev - Bakı şəhər TTTYS-nin Baş Həkimi

“Hər bir halda, bizə kömək, yardım lazım olan kimi, hər hansı sual gündəmə gələn kimi biz Pronet şirkəti ilə əlaqə saxlayırıq, onlar da bizə kömək edirlər. Əməkdaşlığımız onun üzərində qurulub ki, heç bir yubanma, gecikmə söhbəti olmadan, istər gün ərzində, istər gecə biz bilirik ki, telefon və ya kompüter vasitəsi ilə əlaqə saxlayaraq biz lazım olan köməyi və suallarımızın cavabını dərhal ala bilirik. Pronet şirkətinə uğurlar diləmək istəyirəm, işləriniz asan və rahat getsin, daim yüksəkdə olun və daim olaraq bilin ki, sizlərlə əməkdaşlıq edən şirkətlər sizi dəstəkləyir!”-Murad Mirzəzadə - TTTYS Baş Həkiminin Operativ və Hospital işləri üzrə müavini

“15 il bazarda qalmaq, rəqabətə tab gətirmək, bazarda ad qazanmaq, partnyor qazanmaq, bu doğrudanda hər şirkətə nəsib olan bir məsələ deyil. Arzu edirəm ki, Pronet bundan sonra da bu istiqamətdə fəaliyyətini daha da genişləndirsin, nəinki Azərbaycan bazarında, ətraf xarici bazarlarda da özünə yer tapsın. Və buna hesab edirəm ki, şirkətin böyük potensialı var. Şirkətin əməkdaşları ilə ünsiyyət bunu deməyə əsas verir."-İlkin Qarayev - OMG Şirkətlər qrupunun Vitse-prezidenti

“Pronet şirkətinə və onun işçi qrupuna dərin təşəkkürümüzü bildiririk. Ümid edirik ki, bundan sonra da Pronet şirkəti ilə bizim əməkdaşlığımız daha sıx və uzunmüddətli olacaq.”-Kəmalə Əliyeva - OMG Şirkətlər qrupunun İnformasiya Mərkəzinin meneceri

“Bir komanda olaraq sizinlə çalışmaq bizim üçün çox rahat, çox xoş idi. İşimizə bizim ortaq bir baxış nöqtəmiz olduğunu vurğulamaq istəyirəm. Bizim işimizdə müştəri məmnunluğu əsas amillərdən biridirsə, sizdə öz müştərilərinizin məmnunluğunu yaratmağı bacarırsınız.”-Aygün Kərimli - Kontakt Home Çağrı Mərkəzinin rəhbəri

Qeyd edək ki, 2003-cü ildən Pronetadı ilə fəaliyyətə başlayan, daha sonra 2012-ci ildə Prospect ERP həlləri ilə bazarda mövqe tutan bu şirkət biznesin inkişafına təsir göstərən innovativməhsullar təqdim etməklə ölkəmizin İT sahəsində bir çox yeniliklər əldə etməyə nail olmuşdur. 15 yaşında bu şirkətin artıq 400-ə yaxın müştərisi, 10-dan çox tərəfdaşı və 24/7 formatıyla xidmətinizdə duran böyük bir komandası var!