“İrşad Electronics” öz *0171 saylı qaynar xəttini Pronet MMC vasitəsilə yenilədi.
Son zamanlar əhali tərəfindən mağazalara gəlmədən onlayn sifarişlərin verilməsi kimi tendensiyaların artması internet resurslarına və telefon məlumat xidmətlərinə ehtiyacın artmasına gətirmişdir. Öz ilk “call center”-ni illər öncə Pronet şirkətindən sifariş edən "İrşad Electronics" indi onun ən son versiyasını əldə etmək üçün eyni şirkətə müraciət etmişdir.
Yeni qaynar xəttin imkanları müştərilərə operativ və keyfiyyətli xidmət göstərməklə yanaşı eyni zamanda bir sıra yeni funksionallıq və geniş hesabatlıq imkanları yaradır:
• Yeni geniş imkanlı supervayzer monitorinq paneli (FOP);
• Kütləvi SMS və E-maillərin paylaşımı modulu;
• Müraciətlərin operatorlar tərəfindən emalının qiymətləndirilməsi;
• Operatorların məşğulluğu və fasilələr üzrə hesabatlar;
• Buraxılmış və onlar üzrə geri yığılmalar üzrə hesabatlar;
• Qaynar xəttin effektivliyini dəyərləndirən onlayn idarəetmə paneli (dashboard);
"İrşad Electronics" Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biridir. "İrşad Electronics" şirkəti 2000-ci ildə "I&R Telecom" adı altında fəaliyyətə başlayıb. Şirkət 2006-cı ildən 2011-ci ilədək, ölkənin ən qabaqcıl operatorlarından sayılan Azercell Birgə Müəssisəsinin eksklüziv dileri kimi fəaliyyət göstərib. 2007-ci ildən etibarən "İrşad Electronics" adı altında fəaliyyətini davam etdirməyə başladı.
Pronet şirkəti bundan öncə də uğurla bir sıra dövlət və özəl sektorlarında 300-dən artıq kiçik və iri layihələr, həmçinin qaynar xətt, telefon məlumat mərkəzi həllini Maxi.AZ, İnteqral, Kontakt Home, Optimal və s. kimi mağazalar şəbəkələrində də tətbiq etmişdir.