İri bank layihəsi olan “Sahibkarlar Klubu”nun ikinci fazası davam etdirilir.
“Sahibkarlar Klubu” layihəsinin ikinci fazası da Pronet şirkəti ilə davam etdirilir. Cari ilin əvvəlində maliyyə sektorunda səs salan “Sahibkarlar Klubu” layihəsini təqdim edən Azərbaycan Beynəlxalq Bankı, layihənin effektivliyini nəzərə alaraq onun imkanlarını daha da genişləndirmək qərarına gəlmişdir. Layihənin birinici mərhələsində yaradılmış xüsusi portalda şirkət və sahibkarların qeydiyyatı, partnyorlar, tədbirlər bölmələrinə əlavə olaraq, ikinci mərhələdə B2B alətlər, maliyyə savadlılığı, tenderlər və sair yeni imkanların əlavə olunması planlaşdırılır. Yeni imkanlar bank ilə sahibkarlar arasında təmasın daha da genişlənərək bank-biznes kommunikasiyasının daha da effektiv qurulmasına nail olacaqdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Beynəlxalq Bankı layihənin birinci mərhələsini yerli proqram istehsalçısı olan Pronet şirkətinə həvalə etmişdir. Birinci mərhələdə yerinə yetirilmiş işlərin keyfiyyəti və tətbiq olunan müasir texnologiyalar bank tərəfindən yüksək qiymətləndirilmiş və layihənin davamı da Pronet şirkətinə etibar edilmişdir.
Ölkənin ən iri banklarından olan Azərbaycan Beynəlxalq Bankının etimadını qazanmaq Pronet şirkəti üçün olduqca önəmli haldır və son dövrlər şirkətdə keyfiyyətə verilən diqqətin göstəricisidir. Pronet şirkəti bundan sonra da öz sifarişçilərinin etimadını doğrultmaq istiqamətində səylərini əsirgəməyəcəkdir. Azərbaycan Beynəlxalq Bankı hal-hazırda Cənubi Qafqazın ən iri bankı sayılır və müştərilərə geniş miqyaslı bank xidmətlərini təqdim edən müasir dövlət bankıdır. Ölkənin ən geniş bankomat sayına (776) sahib olan Azərbaycan Beynəlxalq Bankının həm də 37 filialı və 39 şöbəsi vardır.