Orta və ali təhsil müəssisələrinin iş prosesinin tam avtomatlaşdırılmasını təmin edən xüsusi proqram təminatıdır.

PDF təqdimatı yükləyin

PDF təqdimatı yükləyin

Modullar

Dərs Cədvəli

Təhsil müəssisəsində gündəlik tədris olunan fənnlərin dərs cədvəlini formalaşdıran proqram təminatı moduludur. Bu modul vasitəsi ilə növbələrin (I, II), sektorların (az, rus), siniflərin (qrup), tədris olunan fənnlərin (mühazirə), keçirilmə vaxtlarının (saat), fənn otaqlarının (auditoriya), eləcə də tədris edən müəllimlərin (mühazirəçi) bir-biri ilə əlaqələndirilməsini təyin olunmuş alqoritm üzrə uzlaşmasını təmin edir.

Jurnal

Təhsil müəssisəsinin siniflərində (qrup) fənləri tədris edən müəllimlər tərəfindən, təhsil alan şagirdlərin biliklərinin qiymətləndirilməsi üçün istifadə olunan proqram təminatı moduludur. Bu modul vasitəsi ilə siniflərdə (qrup) təhsil alan şagirdlərin fənnlər üzrə bilik səviyyələri, davamiyyətləri, ev tapşırıqlarının verilməsi müəllimlərin təyin olunmuş alqoritm üzrə bazaya müraciət edərək müəyyən edilir.

Gündəlik

Təhsil müəssisəsində təhsil alan şagirdlərin və onların valideynlərinin müəllimin verdiyi ev tapşırıqlarını və şagirdlərin individual qiymətləndirilməsini, müəllimin şagird barəsində valideynə müraciətini formalaşdıran proqram təminatı moduludur. Bu modul vasitəsi ilə şagirdlər və onların valideynləri təyin olunmuş alqoritm üzrə bazaya göndərilən gündəlik dərs cədvəli, ev tapşırıqları və fənnlər üzrə bilik səviyyəsinin qiymətləndirilməsi haqqında məlumatı təhsil müəssisəsinin web portalına öz şəxsi adı və şifrəsi ilə daxil olub əldə etmək imkanına malikdirlər.

Zəng və Kütləvi Xəbərdarlıq

Dərslərin başlanma və bitməsini bildirən zəngləri Vahid Məlumat Bazasında qeyd olunmuş dərs saatlarına uyğun olaraq avtomatlaşdırılmış şəkildə xüsusi İP səsgücləndiricilər vasitəsilə həyata keçirir. Eyni zamanda bu sistem təhsil müəssisəsində kütləvi xəbərdarlıqların ( elan, musiqi, müraciət və s.) səsləndirilməsinə imkan yaradır.

Nəzarət və Qeydiyyat

Giriş və çıxışlarında quraşdırılmış nəzarət və qeydiyyat qurğuları vasitəsilə Vahid Məlumat Bazasında qeydiyyatda olan müəllim, texniki personal və şagird heyətinin identifikasiyasını (barmaq izi və ya İD kart) həyata keçirir.

Video Müşahidə və Təhlükəsizlik

Hər bir video müşahidə kamerası Vahid Məlumat Bazasında müəyyən sinif otağına bağlanır. Bu öz növbəsində məsafədən (internet vasitəsilə) izləyicilərə (valideynlərə) istənilən vaxt yalnız öz övladının tədris aldığı sinif otaqlarının görüntüsünü əldə etməyə imkan yaradır. Eləcə də təhsil müəssisəsinin digər ərazilərində də bu sistem çərçivəsində yüksək keyfiyyətli HD müşahidə kameraları quraşdırmaqla etibarlı mühafizəni təmin etmək mümkündür.

Mərkəzi Saat Sistemi

İP saatlar lokal kompüter şəbəkəsi ilə Vahid Məlumat Bazasına qoşularaq dərs cədvəli və zəng qrafikinin işlədiyi saat sisteminə uyğun olaraq tənzimlənir. Bu da öz növbəsində saat və zəng sistemlərinin tam dəqiqliyi ilə eyni vaxtı göstərməsini və sinxron çalışmasını təmin edir.

Telefoniya

Təhsil müəssisəsinin dərs və inzibati otaqlarında quraşdırılan İP telefoniya sistemi lokal kompüter şəbəkəsi ilə Vahid Məlumat Bazasına qoşularaq yüksək HD danışıq keyfiyyətini təmin edərək otaqlar arasında vahid telefon rabitə əlaqəsini yaradır. Eyni zamanda, Mərkəzləşdirilmiş Telefoniya Sistemi təhsil müəssisəsinin intelektual qaynar xəttini təşkil edir və daxil olan bütün zənglərin qeydiyyatını təmin edir.

Kütləvi SMS sistemi

Təhsil müəssisəsində quraşdırılan SMS avadanlığı lokal kompüter şəbəkəsi vasitəsilə Vahid Məlumat Bazasına qoşularaq təhsil müəssisəsinin giriş və çıxışlarında quraşdırılan qeydiyyat və nəzarət avadanlıqlarından əldə etdiyi məlumatlar nəticəsində individual olaraq, valideyinləri şagirdlərin təhsil müəssisəsinə daxil olma və tərk etmə vaxtlarını tam dəqiqliyi ilə SMS göndərərək məlumatlandırır. Eyni zamanda, bu sistem vasitəsilə təhsil müəssisəsində şagirdlərin dərslərdə davamiyyəti və qiymətləri də eyni qaydada valideynlərinə SMS vasitəsilə ilə göndərilir.